Dünya şöhrətli azərbaycanlı
alim Lütfi Zadə: Prezident
İlham Əliyev çox savadlı
və müdrik insandır
Kaliforniya
ştatının Berkli şəhərində “yumşaq”
hesablamalara dair IV Beynəlxalq konfrans keçirilmişdir.
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis
çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin
banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə AzərTAc-ın
Amerika Bürosuna eksklüziv müsahibəsində tədbirin
sponsoru – Azərbaycan Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə, xüsusən nazir Əli Abbasova və Berklidə
konfransın təşkilatçısı, Azərbaycan
Texniki Universitetinin dosenti Şahnaz Şahbazovaya təşəkkürünü
bildirmişdir. O qeyd etmişdir ki, Əli Abbasov “Qeyri-səlis
məntiq” Birliyinin sədaqətli dostudur. Azərbaycan qeyri-səlis
məntiqə həsr edilmiş bu və əvvəlki
konfransların keçirilməsi sayəsində qeyri-səlis
məntiq nəzəriyyəsinin inkişafına və onun müxtəlif
sənaye sahələrində tətbiqinə sanballı
töhfə verir.
Lütfi
Zadə Azərbaycan xalqına xoş arzularını bildirərək
vurğulamışdır: “Mən dəfələrlə
demişəm və yenə deyirəm: Əminəm ki, Azərbaycan
düzgün yoldadır. Bunun iki səbəbi var. Birinci səbəb
- neft-qaz sənayesinin inkişafına üstünlük verilməsi,
ikinci səbəb – Azərbaycanın rəhbərliyidir.
Prezident İlham Əliyev çox savadlı və müdrik
adamdır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə
döyünür. Mənim fikrimcə, İlham Əliyev və
onun siyasəti Azərbaycanı düzgün istiqamətdə
irəli aparır. O, enerjili, təşəbbüskar və
uzaqgörən adamdır. Buna görə də
düşünürəm ki, həmin keyfiyyətlərin bir
şəxsdə cəmləşməsi Azərbaycanın
parlaq gələcəyinə təminat verir. Təbii ki, Azərbaycan
uzaq gələcək haqqında – neft ehtiyatlarının
tükənə biləcəyi dövr barədə
düşünməlidir. Lakin mən onu da bilirəm ki, Azərbaycan
hökuməti artıq indidən bu barədə
düşünür. Ölkənin təkcə neftdən və
qazdan asılı olmaması üçün Azərbaycan rəhbərliyi
iqtisadiyyatın şaxələndirilməsi barədə
fikirləşir. Azərbaycanı regionun digər ölkələri
ilə müqayisə etsək görərik ki, İraqdan və
ya Əfqanıstandan fərqli olaraq Azərbaycanda sabitlik bərqərar
olmuşdur. Onu da qeyd etməliyəm ki, Azərbaycanın
müstəqil siyasət yeritməsi məni sevindirir”.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 5 iyun.- S.5.