Litvada “Dağlıq Qarabağ
probleminə geosiyasi perspektivlər
prizmasından baxış”
mövzusunda konfrans keçirilmişdir
Şimali
Avropanın ən qədim ali məktəbi olan Vilnüs
Universitetində “Dağlıq Qarabağ probleminə geosiyasi
perspektivlər prizmasından baxış” mövzusunda konfrans
keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyyələşdirdiyi Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin layihəsi çərçivəsində reallaşmışdır.
Konfransda Litvanın Mikolas Romeris, Vitaltas Maqnus, Vilnüs universitetlərinin professorları, “Baltik” Xəbər Agentliyinin və “Geopolitika.lt” portalının nümayəndələri, beynəlxalq hüquq üzrə tanınmış ekspertlər iştirak etmişlər.
Çıxış edənlər Litvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına münasibətin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə dəyişməsi meylini müşahidə etdiklərini bildirmişlər. Vurğulanmışdır ki, son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyəti artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında məlumatlıdır.
Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər problemin sülh yolu ilə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulamış, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişlər.
Konfransda “Münaqişənin həllinə mane
olan səbəblər”, “Xocalı
soyqırımının dünyada baş verən kütləvi qətliamlarla
müqayisəsi”, “Ərazi bütövlüyünün
mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal
referendumlarla pozulmasının yolverilməzliyi”,
“Etnik prinsiplər əsasında
ölkələrin parçalanması: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
timsalında”, “Kənardan Qarabağ
probleminə baxış” və digər mövzularda
məruzələr dinlənilmişdir.
Azərbaycan.-2014.- 5 iyun.- S.7.