Azərbaycanda dövlət gənclər siyasətində yeni mərhələ başlayır

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti

 bütün dövlətlər üçün nümunə ola bilər

 

İyunun 2-də Bakıda Azərbaycan Gənclərinin VII Forumunun rəsmi açılış mərasimi oldu. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan forum  2 minədək gənci bir araya gətirdi. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mərkəzi strukturların rəhbərlərinin, beynəlxalq humanitar təşkilatların təmsilçilərinin, tələbə gənclər təşkilatları sədrlərinin və ali təhsil müəssisələri rektorlarının da iştirak etdiyi foruma Prezident İlham Əliyev təbrik məktubu göndərmişdir.

Forumda qeyd olunmuşdur ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurlayeni formada davam etdirilir. Bu isə onu deməyə əsas verir ki, ölkənin gələcəyi olan gənclər daim dövlətimizin diqqət mərkəzindədir və ölkə rəhbərinin qayğısı ilə tam əhatə olunub. Bu uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların ölkəmizin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəallığını daha da artırır.

Azərbaycan Gənclərinin VII Forumunun gedişatı və gənclər siyasətinin uğurlu nəticələri ilə bağlı bir neçə gəncin fikrini öyrəndik.

 

Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir

 

Amil CAVADOV,

YAP Ağdam rayon təşkilatının sədr müavini - Gənclər Birliyinin sədri

 

18 il öncə  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalamışdır. Bu forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan vermişdir.

İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu ali toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmiş və dahi şəxsiyyətin I forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilmişdir. Ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində mühüm addımlar atılmış, böyük uğurlar qazanılmışdır. Bu gün isə Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat cavab verir. Ona görə də ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycan gəncliyinin də böyük payı var. Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada, təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edir. Hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldirindi bu model öz bəhrəsini verir. Azərbaycan gəncləri hər zaman aktivböyük potensiala malik olan gənclərdir. Çox sevindiricidir ki, gənclərimizin malik olduğu potensialın üzə çıxarılması, onların intellektual və yaradıcı qabiliyyətlərinin önə çəkilməsi, müasir cəmiyyətimizdə fəallıqlarının artırılması dövlətin qarşısında duran əsas məsələlərdəndir.

Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubu göndərən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Gənclərə dövlət qayğısı, qəbul olunmuş dövlət proqramlarının icrası, bu istiqamətdə imzalanmış fərman və sərəncamların uğurlu icrası sayəsində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilir. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, gənclərin intellektualfiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr həyata keçirirlər.

Forumun işi barədə deyə bilərəm ki, toplantı çərçivəsində keçirilən bölmə iclaslarında da gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, təhsil və elmin inkişafında rolu, habelə sahibkarlıq fəaliyyətlərinin inkişafı, yaradıcı gənclərə dəstək kimi mühüm məsələlər müzakirə olundu. Gənclər üçün ən maraqlı mövzuların seçilməsi və bir çox vacib məsələlər ətrafında aparılan müzakirələrin yaxşı nəticəsi olacaqdır.

Onu da qeyd edim ki, hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı uğurla həyata keçirilir. Bu proqram dövlət başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Ötən dövrdə dövlət proqramının icrası sayəsində gənclər siyasətinin normativ-hüquqi bazası təkmilləşdirilmişdir. Bu proqram hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratmışdır. Azərbaycan hökuməti isə dövlət proqramının həyata keçirilməsi üçün 80 milyon manat vəsait ayırmışdır.

2011-ci ilin dekabrında  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən Gənclər Fondunun isə gənclərin ictimai təşəbbüslərinin artırılması sahəsində xüsusi rolu var.  Dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına şərait yaradılmışdır. Fikrimcə, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər.

 

Azərbaycan gəncliyinin önündə böyük yollar açılıb

 

Hacıbəy HEYDƏRLİ,

Azxeber.com İnformasiya Portalının baş redaktoru

 

Azərbaycanda gənclərə dövlət dəstəyi və qayğısı ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ilk illərdən başlayıb. Ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I forumda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına, gənclərin özünə inamına, gələcəyə nikbin baxmağa ümid verdi.

Prezident İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk gündən etibarən Azərbaycan gəncliyinə olan inamını, etimadını bildirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan gəncliyi bütün məsələlərində ona güvənə bilər, o, bütün işlərində gənclərin yanında olacaq. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırdı.

Azərbaycan Gənclərinin VII Forumu da bir daha onu sübut etdi ki, ölkəmizdə  uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin həyatın bütün sahələrində fəallığını daha da artırıb. Ölkəmizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Forumda Azərbaycan bütün bölgələrindən gənclərin iştirak etməsi, aktivlik göstərməsi də bir daha onu göstərdi ki, bu gün təkcə paytaxt gəncləri deyil, region gəncləri də fəallıq nümayiş etdirirlər.

Forum zamanı səsləndirilən hesabatlara, çıxışlara nəzər salarkən bir daha şahid olduq ki, Azərbaycan gəncliyinin inkişafına nə qədər böyük əmək sərf edilib. Forumun açılış mərasimindən sonra gənclər 5 seksiya üzrə işlərini davam etdirdilər. Seksiyalarda gənclərin vətənpərvərlik tərbiyəsi, ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, onların təhsil və elmin inkişafında yerirolu barədə, habelə yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparıldı. Bir sözlə, forumda Azərbaycan gəncliyini düşündürən və maraqlandıran bütün məsələlər hərtərəfli müzakirə olundu.

Bu gün Azərbaycan gəncliyinin önündə böyük yollar açılıb. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Birmənalı şəkildə bu etimadı doğrultmaq hər bir gəncin həyat amalı olmalıdır.

 

Forumda qəbul olunan qərarlar gələcək fəaliyyətimizdə mühüm rol oynayacaq

 

Fərid ŞAHBAZLI,

İslahatçı Gənclər İctimai Birliyinin sədri

 

Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında və gənclik tariximizdə olduqca mühüm hadisədir. 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilməyə başlayan gənclər forumları müxtəlif sahələrdə fəaliyyət göstərən fəal və intellektual gənclərin bir araya gəlməsi, görülən işlərin müzakirəsi və qarşıda duran vəzifələrin təhlili mənasında olduqca əhəmiyyətlidir. Bu forumlar eyni zamanda Azərbaycanda həyata keçirilən olduqca uğurlu dövlət gənclər siyasətinin iştirakçısı olan şəxs və qurumların ictimaiyyət qarşısında hesabatlığı baxımından da diqqətçəkəndir.

Azərbaycan Gənclərinin VII Forumunun işini olduqca yüksək qiymətləndirirəm. Forumun işində Azərbaycanın müxtəlif bölgələrini və gənclər birliklərini təmsil edən, ayrı-ayrı sahələrdə çalışan 2 min nəfərə qədər gənc iştirak etdi. Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubu oxundu. Məktubda cənab Prezident olduqca zəruri məqamlara toxunaraq, gəncliyimiz qarşısında duran və dövlətimizin inkişafına xidmət edən vacib vəzifələri diqqətə çatdırdı. Hesab edirəm ki, cənab Prezidentin təbrik məktubunda əksini tapan məqamlar və forumda qəbul olunan qərarlar gəncliyimizin gələcək fəaliyyət istiqamətlərinin müəyyən olunmasında mühüm rol oynayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 5 iyun.- S.9.