Bakıda Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan ölkələrin
Gömrük Xidməti Rəhbərləri
Şurasının 59-cu iclası keçirilmişdir
Bu
gün Bakıda Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan ölkələrin
Gömrük Xidməti Rəhbərləri
Şurasının (MDB GXRŞ) 59-cu iclası
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan,
Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın
gömrük xidmətlərinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın
Əliyev qonaqları salamlayaraq ümidvar olduğunu
bildirmişdir ki, onlar Azərbaycanın nailiyyətləri,
ölkəmizin mədəniyyəti, milli mətbəxi və
görməli yerləri ilə tanış ola biləcəklər.
A.
Əliyev may ayında Azərbaycana idxal edilmiş avtomobillərin
sayının azalması məsələsinə toxunaraq qeyd
etmişdir ki, avtomobil bazarında boşluq yaranmayacaqdır.
DGK sədri daha sonra demişdir: “Azərbaycana gətirilən
avtomobillər yalnız buraxılış ili göstəricisinə
əsasən idxal edilmir. Maşınlara baxış
keçirilir. Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin əməkdaşları
ilə birlikdə zəruri nəzarət tədbirləri həyata
keçirilir”.
İclasda
2014-cü il üçün MDB GXRŞ katibinin təyin edilməsi,
Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların
yerinə yetirilməsinin gedişi məsələlərinə
baxılmış, malların təkrar ixracı və təkrar
ixraca icazə verilməsi qaydalarına dair 15 aprel 1994-cü il
tarixli sazişə dəyişikliklər edilməsi
haqqında protokolun layihəsi, MDB ölkələrinin
gömrük bəyannaməsi və onun doldurulması
qaydaları, internet-ticarət problemləri, habelə MDB
GXRŞ-nin 60-cı iclasının keçiriləcəyi vaxt
və yer məsələsi müzakirə edilmişdir. nəzərdən
keçiriləcəkdir.
Sonda
Azərbaycan və Moldovanın gömrük xidmətləri
arasında saziş imzalanmışdır.
Azərbaycan.-2014.- 5 iyun.- S.9.