İsveçin Kralı əlahəzrət
XVI Karl Qustava
Əlahəzrət!
Ölkənizin Milli günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə İsveç arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 3 iyun 2014-cü il
Azərbaycan.-2014.- 6 iyun.- S.2.