Ortaq dəyərlərə söykənən birlik

 

 

Prezident İlham ƏLİYEV: "Türkdilli Dövlətlərin

 Əməkdaşlıq Şurası artıq güclü beynəlxalq təşkilata çevrilib"

 

Mədəniyyət, dindil birliyi kimi sarsılmaz tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin bu gün sıx və səmərəli əməkdaşlığı, birlik nümayiş etdirmələri qloballaşan və dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Çünki bütün bunlar türk dövlətlərinin müstəqilliklərini daha da möhkəmləndirmək, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmək, milli maraqları müdafiə etmək baxımından vacib siyasi elementlərdir. Ortaq milli, mədəni və mənəvi dəyərlərin bəxş etdiyi imkanlar türk dövlətlərinin ümumi mənafeyinə səfərbər olunmalı, qarşılıqlı və bərabərhüquqlu münasibətlər etibarlı təməllər üzərində inkişaf etdirilməlidir. Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edirdaim bu prinsiplərə sadiq qalır.

Bu gün bütün dövlətlər sülhünsabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Şübhəsiz ki, heç bir dövlət kollektiv səylər və çevik addımlar tələb edən mürəkkəb problemlərin qarşısını təkbaşına ala bilməz. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir. Bu mənada 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış sazişə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) böyük imkanlara malikdir.

Naxçıvan Sazişinə əsasən türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadiinformasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək TDƏŞ formatında əməkdaşlıq mexanizmi yaradıblar.

TDƏŞ-nın əsas məqsəd və vəzifələri türkdilli dövlətlər arasında qarşılıqlı etimad, dostluqxoş qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, qarşılıqlı maraq doğuran xarici siyasət məsələləri, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm, insan alveri, narkobiznesə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlıqdır.

Ötən qısa dövr göstərdi ki, TDƏŞ qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. Srağagün Türkiyənin Bodrum şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Qırğızıstan prezidentlərinin iştirakı ilə keçirilən TDƏŞ-nin

IV Zirvə toplantısı da bunu bir daha təsdiq etdi. Qeyd edək ki, bu dəfəki zirvə toplantısı turizmə həsr olunmuşdu.

Xatırladaq ki, TDƏŞ-nın III Zirvə toplantısı 2013-cü il avqustun 16-da Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilmişdi. Bu toplantıda quruma sədrlik Azərbaycana keçmişdi. Ötən bir il ərzində Azərbaycanın sədrliyi ilə TDƏŞ daha da güclənmiş və qarşısında duran vəzifələri uğurla icra etmişdir. Ötən ilin oktyabr ayında Nyu Yorkda BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində TDƏŞ-nın xarici işlər nazirlərinin görüşü və 2013-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilən Əskişəhər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Ağsaqqallar Şurasının 6-cı iclası keçirilmişdir. Bu il aprelin 11-də isə Türkiyənin İstanbul şəhərində TDƏŞ turizm nazirlərinin birinci toplantısı keçirilmişdir. Həmçinin biznes forum təşkil olunmuş, diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Bu fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, türkdilli dövlətlərin ortaq tarixi ilə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaq. Göründüyü kimi, Azərbaycan TDƏŞ-yə sədrliyini uğurla həyata keçirmiş və ötən bir ildə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Toplantıdakı çıxışında "Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq" - deyən Prezident İlham Əliyev türkdilli dövlətlərin beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərməsinin vacibliyini, nəqliyyat və enerji sahəsində uğurlu əməkdaşlıq edildiyini qeyd etmiş, həmçinin biznesforumların keçirilməsini, investisiya imkanlarının araşdırılmasını, üçüncü ölkələrə birgə investisiyanın qoyulmasını növbəti dövr üçün diqqətəlayiq məsələlər olduğunu bildirmişdir. Prezident İlham Əliyev demişdir: "Əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər irəli sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüzbaşqa ölkələrə kredit verməyə başlamışıq. Bir daha qeyd etməliyəm ki, Azərbaycan şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verir. Biz çox şadıq ki, şura artıq güclü bir beynəlxalq təşkilata çevrilib".

TDƏŞ-nin IV Zirvə toplantısında çıxış edən dövlət başçılarının hər biri qarşılıqlı etimadümumi inkişafa yönəlmiş niyyətlərdən çıxış edərək türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinin vacibliyini qeyd etmişlər.

IV Zirvə toplantısında dövlət başçıları Birgə Bəyannaməni, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzalamışlar. Növbəti dövr üçün quruma sədrlik Azərbaycandan Türkiyəyə keçmişdir.

Türkdilli respublikalar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi bu prosesin bütün iştirakçılarının, o cümlədən öz təşəbbüsləri ilə əməkdaşlığı gücləndirən Azərbaycanın maraqlarına cavab verir. TDƏŞ-nin IV Zirvə toplantısı göstərdi ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir. Təbii ki, bu zirvə görüşündən sonra türkdilli dövlətlər arasındakı əməkdaşlıq daha da artacaqçox mühüm birgə layihələr icra ediləcək. Toplantıdakı çıxışlarda səslənən fikirlər TDƏŞ-nin işini daha da zənginləşdirəcək və irəli sürülən təşəbbüslərin reallaşması əməkdaşlığın yeni pilləyə qalxmasına imkan yaradacaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 7 iyun.- S.1.