VII Forum gəncliyin dövlət, millət, vətən qarşısında olan növbəti hesabatı idi

 

Ona görə də Azərbaycan gəncliyi göstərilən qayğını və etimadı hər zaman doğrultmalı, Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir

 

İyun ayının 2-3-də Bakıda Azərbaycan Gənclərinin Forumu keçirildi. Sayca VII olan foruma 200-də artıq gənclər təşkilatı qatılmışdı. Prezident İlham Əliyev forum iştirakçılarına təbrik məktubu göndərərək Azərbaycanda aparılan gənclər siyasəti və gənclərin ölkənin ictimai-siyasi, sosial həyatındakı fəaliyyəti barədə dəyərli fikirlər söyləmişdir. Forumda gənclər yeni hədəflər müəyyənləşdirmişlər. Bu məqsədlə də forum, orada səsləndirilən təkliflər, gənclərin dövlətçilikdə rolu və digər məqamlarla bağlı onların özlərinə müraciət etdik.

 

Biz dövlətin himayəsi altında daha da güclüyük

 

Sərraf BALAXAN,

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyi ofisinin rəhbəri:

- Bu gün "dünyaya günəş kimi doğan" Azərbaycanın inkişafının əsasında ölkə Prezidenti cənab İlham Əliyevin də daima vurğuladığı kimi, ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycançılıq məfkurəsi dayanır. Azərbaycançılıq məfkurəsinin bu gün yaşadılması və gələcək nəsillərə çatdırılması isə dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunmuş biz gənclərin üzərinə düşür. Bu mənada dövlət başçısı İlham Əliyev siyasətinin ən vacib istiqamətlərindən birinin məhz gənclərlə bağlı olduğunu dilə gətirmiş və gənclərə böyük inamının olduğunu bildirmişdir.

Azərbaycan Gənclərinin VII Forumuna Prezident İlham Əliyevin ünvanladığı təbrik məktubunda biz buna bir daha əmin olduq. "Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadiictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq, gənclərin intellektualfiziki inkişafına, ictimai fəallığının və təşəbbüskarlığının artırılmasına yönəlmiş layihələr həyata keçirirlər."

Bu sözlər həm biz gənclər üçün qüruriftixar mənbəyi, həm də öz məsuliyyətimizin dərki, üzərimizə düşən vəzifələrin icrası baxımından bir öyüddür.

Azərbaycan Gənclərinin VII Forumu gəncliyin dövlət, xalq, millət, vətən qarşısında olan növbəti hesabatı idi. Bu forumda Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, müxtəlif gənclər təşkilatları, ictimai fəal gənclər ötən dövr ərzində görülən işlərin hesabatını verməklə yanaşı, həm də qarşıdakı illərdə gənclərlə bağlı dövlət tərfindən, qeyri-hökumət təşkilatları tərəfindən görüləcək işlərin prioritet istiqamətlərini müzakirələr zamanı müəyyən etdilər.

Düşünürəm ki, müasir Azərbaycan gənci dünyanın tələblərinə uyğun həm dünyagörüşə, həm dərin biliklərə, həm də yüksək erudisiyaya sahiblənmək yolunda daim çalışır və dövlətin ona yaratdığı imkanlardan istifadə etməklə özünü daha da mükəmməlləşdirir.

Sonuncu forumda iştirak edən gənclərin söylədiyi  innovativ, kreativ ideya və təkliflər Azərbaycanın gələcəyinin etibarlı əllərdə olacağına biz gənclərdə böyük inam yaradır. Biz dövlətin himayəsi altında daha da güclüyük.

 

Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

 

Rahu QURBANOVA,

YAP İcra Katibliyinin əməkdaşı:

- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Onu da deyim ki, gənclərlə bağlı hər hansı bir sənəd təsdiq olunursa bu mütləq gənclərin iştirakı ilə müzakirə edilir. Bakıda keçirilən Azərbaycan Gənclərinin VII Forumu da buna nümunədir. Ölkəmizdə gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə hər cür şərait yaradılıb. Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdən biri kimi daim diqqətdə saxlanılır.

Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

"Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir", deyən Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib və keçirməkdədir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 7 iyun.- S.2.