Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 820-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281, ¹ 6, maddə 497, ¹ 10, maddə 894, ¹ 11, maddə 993; 2012, ¹ 10, maddə 950) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.11-1-ci bəndə "bağlamaq" sözündən sonra ", həmçinin sazişin qüvvədə olma müddətinin uzadılması məsələsinə baxmaq" sözləri əlavə edilsin;

2. 10.6-cı bəndə "qeyri-kommersiya hüquqi şəxsin" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərinin" sözləri əlavə edilsin;

3.10.9-cu bəndə "qeyri-hökumət təşkilatlarının" sözlərindən sonra ", habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filialya nümayəndəliklərinin" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 3 iyun 2014-cü il

Azərbaycan.-2014.- 8 iyun.- S.1.