«Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi
arasında müntəzəm diplomatik məsləhətləşmələr
haqqında» Protokolun təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" 2014-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2014-cü il
Azərbaycan.-2014.- 8 iyun.- S.1.