"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 175                         Bakı şəhəri, 5 iyun 2014-cü il

 

 

"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 909-IVQD nömrəli qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikası Baş Prokurorluğunun Strukturu"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 126 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 iyun tarixli 89 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 564) adında və mətnində "İdarəsinin" sözü "Baş İdarəsinin" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 8 iyun.- S.2.