"Əmək şəraiti ağır
və zərərli olan işlərdə
və iqlim şəraitinə görə
işləmək üçün əlverişli
olmayan iş yerlərində
çalışan işçilərin əməkhaqqının
yüksək məbləğdə ödənilməsini təmin
edən artımların (əmsalların) məbləğinin
minimum miqdarının müəyyən
edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli
qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 173 Bakı şəhəri,
5 iyun 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 548; 2003, ¹ 4, maddə 225, ¹ 7, maddə 392, ¹ 10, maddə 616; 2004, ¹ 5, maddə 379; 2005, ¹ 9, maddə 853; 2007, ¹ 2, maddə 191; 2008, ¹ 2, maddələr 104, 112, ¹ 6, maddə 584, ¹ 8, maddə 788; 2010, ¹ 4, maddə 361, ¹ 6, maddə 566; 2012, ¹ 3, maddə 265; 2013, ¹ 6, maddə 728, ¹ 8, maddə 1035) aşağıdakı dəyişikliklər edilsin:
1. 1 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Yaşayış məntəqələrinin adları"nın "1500 metrdən 2000 metrədək" sütununun "Lerik rayonu" bölməsinə "Şonaçola kəndi" sətrindən sonra "Loda kəndi" sətri əlavə edilsin.
2. 2 nömrəli əlavəsi - "Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı"nın "Yaşayış məntəqələrinin adları"nın "Tovuz rayonu" bölməsinə "Almalıtala kəndi" sətrindən sonra "Qəribli kəndi", "Dəlləkli kəndi" və "Öskəm kəndi" sətirləri əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 8 iyun.- S.2.