Azərbaycan Asiya İnkişaf Bankının etibarlı tərəfdaşıdır
AİB-nin vitse-prezidenti əmindir ki, Bakı şəhəri
Bankın
Rəhbərlər
Şurasının illik iclasına layiqincə
ev sahibliyi edəcəkdir
İyunun 9-da Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılmış, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunmuşdur.
Səfər çərçivəsində regional layihələrin icrası ilə tanış olmaq üçün Gəncə şəhərində və Göyçay rayonunda da olduğunu diqqətə çatdıran V.Janq, paytaxtda olduğu kimi, respublikanın bölgələrində də inkişaf və tərəqqi müşahidə etdiyini bildirmişdir.
Görüşdə AİB-nin Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək illik iclasına hazırlıq barədə də fikir mübadiləsi aparılmışdır. İclasın təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verən Samir Şərifov qeyd etmişdir ki, hazırlıq işləri qrafikə uyğun, yüksək səviyyədə aparılır.
Bu istiqamətdə görülən işləri
yüksək qiymətləndirən Vençay
Janq Azərbaycanın Bankın Rəhbərlər
Şurasının illik iclasına layiqincə
ev sahibliyi edərək
AİB-nin etibarlı tərəfdaşı
olduğunu bir daha təsdiqləyəcəyinə əminliyini
ifadə etmişdir.
Azərbaycan.-2014.- 10 iyun.- S.3.