Akkreditasiya iqtisadiyyatda
keyfiyyətin
idarə
olunmasının mühüm alətidir
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə 9 iyun – Dünya Akkreditasiya Gününə həsr
olunmuş tədbir keçirilmişdir.
Tədbirdə
çıxış edən Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında Dövlət
Akkreditasiya Xidmətinin rəisi Ramiz Həsənov daxili
bazarın təhlükəli məhsullardan qorunmasında,
ticarətdə texniki maneələrin aradan
qaldırılmasında və sahibkarlığın
inkişaf etdirilməsində akkreditasiyanın mühüm
olduğunu qeyd etmişdir. Xidmət rəisinin sözlərinə
görə, onun dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması
istiqamətindəki rolunu nəzərə alan beynəlxalq təşkilatlar
2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Beynəlxalq
Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəlmişlər.
Çıxış
edənlər Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin son illər ölkəmizdə
keyfiyyət infrastrukturunun inkişafı istiqamətindəki
rolundan, ölkəmizdə akkreditasiya sahəsində
aparılan islahatlar barədə danışmışlar.
Azərbaycan.-2014.- 10 iyun.- S.4.