Kanadada Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimov
haqqında məlumat lövhəsi
qoyulmuşdur
Bakı, 8 iyun (AzərTAc). İyunun 8-də Kanadadakı Azərbaycan icmasının təşəbbüsü ilə Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş məlumat lövhəsinin açılış mərasimi keçirilmişdir.
Kanadadakı səfirliyimizdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan icmasının üzvi Yaşar Muğan ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban getmiş Mübariz İbrahimov haqqında iştirakçılara məlumat vermiş və onun qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Mərasimdə, Azərbaycanın Kanadadakı
səfirliyinin əməkdaşları da iştirak etmişlər.
Azərbaycan.-2014.-10 iyun.-S.7.