Azərbaycan hökumətinin UNİCEF ilə
işgüzar əməkdaşlığı
bundan
sonra da uğurla davam etdiriləcəkdir
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri
Əli Həsənov BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəliyinin
ölkəmizdə fəaliyyət müddəti başa
çatmaqda olan rəhbəri Mark Herevardla
görüşmüşdür.
Komitənin
mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki,
görüşdə Baş nazirin müavini Əli Həsənov
UNİCEF-in Azərbaycanda fəaliyyətə
başladığı vaxtdan, xüsusilə son beş ildə
bu beynəlxalq qurumun ölkəmizdəki nümayəndəliyinin
rəhbəri kimi Mark Herevardın təmsil etdiyi təşkilat
ilə Azərbaycanın birgə uğurlu fəaliyyəti,
yaradılan işgüzar əməkdaşlıq istiqamətində
səylərini yüksək qiymətləndirmişdir. Qeyd
etmişdir ki, UNİCEF xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
doğma yurdlarından didərgin salınmış
qaçqın və məcburi köçkün
uşaqların hüquqlarının müdafiəsi,
onların sağlamlıqlarının qorunması, təhsil
problemlərinin həlli istiqamətində müvafiq proqramlar
həyata keçirmişdir.
Bildirilmişdir
ki, nümayəndəliyin ilk proqramları humanitar
ehtiyacları və milli prioritetləri əhatə etsə də
sonralar bu, müxtəlif illəri əhatə edən ölkə
proqramları ilə əvəz olunmuş, Azərbaycan
Respublikasının uşaqlarla bağlı dövlət siyasətinin,
xüsusilə qaçqın və məcburi
köçkün uşaqların sosial-müdafiə
hüquqlarının təminatı sisteminin güclənməsinə
töhfələrini vermişdir.
Dövlətimizin
daxili siyasətində uşaq problemlərinin mühüm yer
tutduğu bildirilən görüşdə
vurğulanmışdır ki, Azərbaycan bir sıra beynəlxalq
təşkilatların, o cümlədən UNİCEF-in
yaxın tərəfdaşıdır. Bu əməkdaşlıq
ölkədə uşaqların inkişafı ilə
bağlı mühüm layihələrin həyata
keçirilməsinə və təcrübə mübadilələrinin
aparılmasına təkan verir. UNİCEF ilə işgüzar
əməkdaşlıq uşaqların inkişafına dəyərli
töhfələr verməklə yanaşı, onların
maraqlarının təmin olunmasına yönəlmişdir.
Rəhbərlik
etdiyi qurumun fəaliyyətinin müsbət qiymətləndirilməsinə,
UNİCEF tərəfindən həyata keçirilən layihələrə
verilən dəstəyə görə Azərbaycan hökumətinə
minnətdarlığını bildirən Mark Herevard Azərbaycanın
uşaq hüquqlarının müdafiəsi sahəsində
bir çox uğurlara imza atdığını demişdir.
O, ötən müddətdə Azərbaycan ilə əməkdaşlığı,
uşaq hüquqlarının müdafiəsində birgə və
səmərəli səylər göstərilməsini
yaxşı nümunə kimi dəyərləndirmiş və
bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə
əminliyini bildirmişdir.
Baş
nazirin müavini Əli Həsənov Mark Herevarda Azərbaycanda
səmərəli fəaliyyətinə görə təşəkkürünü
bildirmiş və Afrika ölkəsinin regional nümayəndəliyinə
direktor müavini təyin olunması münasibətilə onu
təbrik etmiş, gələcək fəaliyyətində
uğurlar diləmişdir.
Görüşdə
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin
müavini Rəşid Mustafa da iştirak etmişdir.
Azərbaycan.-2014.- 11 iyun.- S.1.