Azərbaycanı həqiqi müstəqilliyə qovuşduran rəhbər

 

Milli Qurtuluş

 

Tarix sübut edir ki, hər bir xalqın zəngin mənəvi-intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zaman və məkanda üzə çıxması uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi gerçəkləşir. Yaranmış yeni ictimai-siyasi şəraitdə tarixi məsuliyyəti üzərinə götürən xarizmatik lider xalqının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali ideallarının gerçəkləşməsində mühüm rol oynayır, bununla da əbədiyaşarlıq zirvəsinə yüksəlir.

XX əsrdə Azərbaycan xalqı Heydər Əliyevin şəxsində özünün güclü ümummilli liderini yetişdirmişonun ətrafında sıx birləşmişdi. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslər milli mənafe naminə bütün gücünüsiyasi səriştəsini əsirgəməyən yeni liderə zərurət yaratmışdı.

Həmin vaxt ölkədəki ağır vəziyyətə çox həssas yanaşan, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edən, xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən Heydər Əliyev fenomeni yenidən üzə çıxmış və o zamanlar ölkədən kənarda yaşayan ulu öndər Heydər Əliyev daxilixarici təhdidlərə və təzyiqlərə baxmayaraq, vətənə dönmüş və xalqın dar günündə yanında olmuş, onun problemlərinə, ağrı-acısına şərik çıxmışdır.

Hamıya yaxşı məlumdur ki, hələ 1990-cı ilin qanlı yanvar hadisələri zamanı Heydər Əliyev Moskvada xalqımıza qarşı silah tətbiq edilməsini pisləyən bəyanatla çıxış etmiş və Azərbaycanın haqq səsini dünyaya yaymış, cinayətin mahiyyətini və onu törədən qüvvələrin niyyətlərini aydın şəkildə göstərmişdi.

1991-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi də Azərbaycanın bu qədim guşəsinin erməni işğalından xilas olmasında mühüm rol oynamışdır. Bu dövrdə Naxçıvan əvvəlcə Azərbaycan Kommunist Partiyasının, sonra isə AXC-nin yaratdığı antidemokratik rejimlərdə demokratiyanın qorunub saxlandığı yeganə yer olmuşdur. Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa edilməsi və onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmişdir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir.

1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın hökm sürməsi qanunçuluğunhüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Xalqın üzləşdiyi fəlakət və sarsıntılar təsdiq etmişdir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Belə bir böhranlı və ağır vəziyyətdə çıxış yolunu yalnız ulu öndər Heydər Əliyevin şəxsiyyətində görən Azərbaycan xalqı ümummilli liderin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürmüşdür. Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi.

1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. İki gündən sonra - iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi.

Ölkənin dərin ictimai-siyasiiqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı - 1993-cü il 15 iyun günü çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.

Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi o ağır günlərdə Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıtması  Azərbaycan Respublikasını məhv olmaqdan xilas etdi. Bu, əsl mənada, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi.

Bundan sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün yeni dövr başlandı - sabitlik, təhlükəsizlik və inkişaf dövrü. Köklü islahatlar aparıldı, dövlətçiliyin əsasları quruldu, Konstitusiya qəbul edildi, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi, demokratik- hüquqi, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirildi. Azərbaycan beynəlxalq təşkilatlara üzv oldu.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, düşünülmüş və uzaqgörən siyasəti, qətiyyətli addımları sayəsində xalqımız həqiqi müstəqilliyə qovuşmuş, milli dövlətçiliyimiz bərqərar olmuş, ölkəmizin hərtərəfli inkişafı üçün geniş imkanlar yaranmışdır. O inkişaf ki, bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanı dünya miqyasında dinamik inkişaf edən ölkə kimi təqdim edir.

Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev Azərbaycanı daha da qüdrətləndirdi, onun müstəqil siyasət yeritməsini təmin etdi.

"Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir"  deyən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu, məqsədyönlü və gələcəyə hesablanmış fəaliyyəti deməyə əsas verir ki, ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, müasirləşir və güclənir.

Xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yer tutmasına nail olmağı mənəvi borc sayır.

 

Zakir QAFAROV,

Ədliyyə Nazirliyi İstintaq idarəsinin rəisi,

 III dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan.-2014.- 11 iyun.- S.2.