64 il sonra yenidən Braziliyada

 

XX Dünya Çempionatı

 

Futbolsevərlərin həyəcanla gözlədiyi gün, nəhayət, gəlib çatır. Braziliyada futbol üzrə sayca 20-ci dünya çempionatının start götürməsinə çox az qalır. Bir ay davam edəcək mundialda 32 milli  komanda dünya kubokunun növbəti sahibini müəyyənləşdirmək üçün mübarizə aparacaq.

 Özü Braziliya Meksika, İtaliya, Fransa Almaniyadan sonra mundialı ikinci dəfə qəbul edən beşinci ölkə olacaq. Burada dünya çempionatı ilk dəfə düz 64 il əvvəl  1950-ci ildə təşkil edilmişdi. Başqa bir maraqlı məqam: dünya çempionatına 1978-ci ildən sonra ilk dəfə Cənubi Amerika ev sahibliyi edir. Eləcə artıq dalbadal ikinci dəfədir ki, mundial Avropadan kənarda keçirilir.

Vaxtilə dünya çempionu adını qazanmış 8 yığma komandanın hamısı DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanmışdır. Bosniya Herseqovina milli komandası isə yeganə debütantdır: bosniyalılar dünya birinciliyinin final turnirində ilk dəfə çıxış edirlər.

Braziliyanın dünya çempionatını qəbul etmək hüququnu qazanmaq üçün elə bir səy göstərməsi lazım gəlməmişdi. Belə ki, dünya çempionatları üçün qitələrin rotasiyası prinsipinə uyğun olaraq 2014-cü il mundialı Cənubi Amerikada keçirilməli idi. Braziliya yeganə namizəd idi. Doğrudur, Kolumbiya Braziliya ilə mübarizə aparmağa cəhd göstərmişdi, amma onun təşəbbüsü ciddi sayılmamışdı. Əvvəla, dünya çempionatı kimi çox xərc tələb edən idman turniri Kolumbiyanın cibinə uyğun deyildi. Digər tərəfdən isə Kolumbiya 1986-cı il mundialına ev sahibliyi etməli idi, lakin üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmiş turniri ikinci dəfə Meksika keçirməli olmuşdu. Odur ki, 2003-cü ildə Cənubi Afrikanın bütün ölkələri Braziliyanın namizədliyini dəstəklədi.

O vaxtdan bəri DÇ-2014-ün təşkilat komitəsi mundialı tələb olunan səviyyədə təşkil etmək üçün məqsədyönlü apardı. Ötən müddət ərzində nəhəng infrastruktur yaradıldı, ölkənin 12 şəhərində 12 stadion hazır vəziyyətə gətirildi. Bütövlükdə Braziliya turnirin təşkilinə 11 milyard dollar vəsait sərf etdi. FİFA da bu işdən kənarda qalmadı. Beynəlxalq futbol təşkilatının turnirə çəkdiyi xərc 2 milyard dollardan çoxdur. Əvəzində isə FİFA 4,5 milyard dollar gəlir gözləyir. Ev sahibi Braziliya da qazanacaq  daha çox strateji planda. Üstəlik, indi ölkə futboluna uzun illər xidmət edəcək mükəmməl infrastruktur var.

Bu dəfəki çempionatın mükafat fondu 2010-cu il dünya birinciliyi ilə müqayisədə 37 faiz artaraq 576 milyon dollar təşkil edir. Dörd il əvvəl bu rəqəm 420 milyon dollar idi . Bu məbləğdən turnir iştirakçılarına ayrılan pay da təbii olaraq artacaq . Belə ki, DÇ-2014-ün qalibi 35 milyon dollar, ikinci yeri tutan komanda 25 milyon dollar, bürünc mükafatçı 22 milyon dollar qazanacaqlar. Dördüncü yerin sahibinə 20 milyon dollar çatacaq. Çempionatın 1/4 final mərhələsinə vəsiqə qazanmış komandaların hər biri 14 milyon dollar alacaq. 1/8 final mərhələsinin iştirakçılarının hər biri 9 milyon dollar qazanacaq . Mübarizəni qrup mərhələsində başa vurmuş komandaların hər biri isə 8 milyon dolların sahibi olacaq.

’’ mundial bir sıra yeniliklərlə yadda qalacaq. Dünya çempionatları tarixində ilk dəfə olaraq topun qapı xəttini keçibkeçmədiyini müəyyənləşdirmək üçün avtomatik sistem tətbiq ediləcək. Bu problem çoxdandır idman ictimaiyyətini narahat edir, FİFAnın rəhbərliyi isə qabaqcıl texnologiyanı futbola yaxın buraxmaq istəmirdi. Ötən çempionatda hakimlər kobud səhv buraxaraq İngiltərə yığma komandasının Almaniyanın qapısına vurduğu qolu saymadıqdan sonra beynəlxalq futbol təşkilatının mövqeyi dəyişdi müasir texnologiyalar futbola ayaq açdı. Artıq iki ildir avtomatik sistem işə salınmış, klublararası dünya çempionatlarında (2012-ci 2013-cü illər) Konfederasiyalar Kubokunda (2013-cü il) sınaqdan çıxarılmışdır.

Başqa bir yenilik isə dopinq testi ilə bağlıdır. FİFA bu məsələni həmişə diqqətdə saxlayır. 1994cü ildə əfsavəvi argentinalı Dieqo Maradonanın qanında qadağan olunmuş preparat aşkarlandıqdan sonra belə qalmaqalların qarşısını almaq üçün ardıcıl görülür. DÇ-2014-də bu məqsədlə qabaqcıl texnologiyalardan istifadə ediləcək. Yeni metod futbolçunun biometrik pasportuna əsaslanır. Oyunçulardan götürülən testlər əvvəlki turnirlərdəki nümunələrlə müqayisə ediləcək bununla biometrik pasportda fərqin olubolmadığı müəyyənləşdiriləcək.

Beləliklə, futbol bayramı başlayır. Ulduzlar meydana çıxmağa hazırdırlar. Təəssüf ki, bu dəfə bir sıra məşhur futbolçuların oyununu görə bilməyəcəyik. Böyük dəri top ustaları Zlatan İbrahimoviç (İsveç), Qaret Beyl (Uels) mundialın matçlarını tamaşaçılarla bərabər izləyəcəklər: onların təmsil etdikləri ölkələr çempionata vəsiqə qazana bilməmişdir. Eləcə Radamel Falkao (Kolumbiya), Frank Riberi (Fransa), Holger Badştuper, İlkay Gündoğan (hər ikisi  Almaniya), Rafael van der Vaart (Hollandiya), Viktor Valdes, Tiaqo Alkantara (hər ikisi  İspaniya), Teo Uolkott (İngiltərə), Rikkardo Montolivo (İtaliya) bir çox digər futbol istedadları zədə səbəbindən mundiala qatıla bilməyəcəklər. Eyni zamanda, məşqçilər Kaka (Braziliya), Karlos Teves (Argentina), Samir Nəsri (Fransa), Cüzeppe Rossi (İtaliya), Daniyel Karvaxal, Fernando Lyorente, İsko (hamısı  İspaniya), Lendon Donovan (ABŞ) kimi tanınmış futbolçulara milli komandaların heyətlərində yer tapa bilməmişlər. Bir futbolçu isə dünya çempionatında iştirak etməkdən boyun qaçırmışdır. Bu, meksikalı Karlos Veladır. “Real Sosyedad”ın (İspaniya) ulduzu məşqçilərlə münaqişədən sonra belə bir qərara gəlmişdir. Amma bütün bunlar qarşıdakı mundiala marağı qətiyyən azaltmayacaq, çünki komandalarda isdedadlar kifayət qədərdir.

Təbii ki, dünya çempionatından söz düşən kimi hər şeydən əvvəl, favoritlərin kimliyi gündəmə gəlir. Bu dəfəki mundialın ehtimal olunan qalibləri az deyil. Belə bir məqamı da yaddan çıxarmaq olmaz ki, indiyədək Cənubi Amerikada keçirilmiş bütün mundiallarda bu qitəni təmsil edən milli komandalar qalib gəlmişdir. Ona görə favorit kimi ilk növbədə, Braziliyanın adı çəkilir. Beşqat dünya çempionları 1950-ci ildə ilk dəfə mundialı qəbul edəndə finala çıxmışdılar. Amma doğma divarlar arasında qitənin başqa bir komandasına  Uruqvaya uduzmuşdular. Görəsən, braziliyalılar bu dəfə evdə finala çıxıb altıncı dəfə dünya çempionu ola biləcəklərmi? Əlbəttə, bu suala indidən cavab vermək mümkün deyil. Başqa bir favorit isə Argentinadır. İkiqat dünya çempionlarının heyətində Messi ilə yanaşı, bir çox dünya ulduzu var. Cənubi amerikalı futbolsevərlər finalda məhz bu iki komandanı görmək istəyirlər.

Eyni zamanda, hazırkı dünya çempionunun  İspaniya milli komandasının imkanlarını nəzərə almamaq olmaz. Eləcə Almaniya, Hollandiya, hətta İtaliya yığmalarından çox şey gözləmək olar. Almaniya birləşəndən bəri hələ dünya çempionu titulunu qazana bilməmişdir. Odur ki, almanlar növbəti dəfə şeytanın qıçını qırmağa çalışacaqlar. Özü Avropa komandası yalnız bir dəfə  2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş mundialda qitə hüdudlarından kənarda çempionluq sevinci yaşamışdır. Köhnə dünya”nın hansısa ölkəsi 20-ci dünya birinciliyinin qalibi olsa, “Amerikanın yeni fatehikimi tarixə düşəcək. Amma mundialın matçlarını izləyib bir ay gözləməkdən başqa çarə yoxdur. Dünyanın yeni çempionu gələn ayın 13-də təbrikləri qəbul edəcək.

 

Allahverdi MEHDİYEV,

Azərbaycan.-2014.- 11 iyun.- S.6.