Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

Dövlət bayramınız - Rusiya Günü münasibətilə səmimi təbriklərimi xoş arzularımı qəbul edin.

Bu gün Rusiya Federasiyası sosial-iqtisadi ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır.

Xalqlarımız arasında çoxəsrlik dostluq mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir.

Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq ölkələrimizin xalqlarımızın firavanlığı, regionda sülh sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək möhkəmlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 iyun 2014-cü il

Azərbaycan.-2014.- 12 iyun.- S.1.