Filippin Respublikasının Prezidenti
zati-aliləri
cənab III Beniqno Akinoya
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü
münasibətilə Sizə
və bütün xalqınıza Azərbaycan
xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Filippin münasibətləri bundan
sonra da dostluq və əməkdaşlıq zəminində
inkişaf edəcək
və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Filippin
xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 9 iyun 2014-cü il
Azərbaycan.-2014.- 12 iyun.- S.1.