"Azərbaycan Respublikasında minimum istehlak səbətinin
tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli
118 nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 182 Bakı şəhəri,
6 iyun 2014-cü il
"Yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 554; 2009, ¹4, maddə 292) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 12 iyun.- S.1.