"Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
daxil edilməsi qaydaları, əmək müqaviləsi
bildirişinin qeydiyyata alınması ilə bağlı
işəgötürənə göndərilən məlumat
forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə
bağlı Qaydalar"ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 183 Bakı şəhəri, 6
iyun 2014-cü il
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyuntarixli 183 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı
Q A Y D A L
A R
1.
Ümumi müddəa
1.1. Bu
Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli
Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral
tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
daxil edilməsi qaydalarını, əmək müqaviləsi
bildirişinin qeydiyyata alınması ilə bağlı
işəgötürənə göndərilən məlumat
formasını, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı qaydaları
müəyyən edir.
2. Əmək
müqaviləsi bildirişinin formaları
2.1. Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya
sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək
müqaviləsinin bağlanılmasının, onda dəyişiklik
edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata
alınması məqsədi ilə işəgötürən
tərəfindən mövcud əmək şəraiti şərtləri
və məlumatları əsasında əmək müqaviləsi
bildirişi elektron informasiya sisteminə daxil edilir.
2.2.
Elektron informasiya sistemində əmək müqaviləsi
bildirişinin aşağıdakı formaları yerləşdirilir:
2.2.1. əmək müqaviləsinin
bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi (işəgötürən
hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə
uyğun, işəgötürən fiziki şəxs olduqda -
2 nömrəli əlavəyə uyğun);
2.2.2. əmək müqaviləsində dəyişiklik
edilməsi ilə bağlı əmək müqaviləsi
bildirişi (işəgötürən hüquqi şəxs
olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən
fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə
uyğun);
2.2.3. əmək müqaviləsinə xitam verilməsi
ilə bağlı əmək müqaviləsi bildirişi (5
nömrəli əlavəyə uyğun).
3. Əmək
müqaviləsi bildirişinin elektron informasiya sisteminə
daxil
edilməsi
3.1.
Elektron informasiya sisteminə əmək müqaviləsi
bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı
vasitəsilə həyata keçirilir.
3.2. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında
müvafiq vəzifələrə (peşələrə) qəbul
edilən işçilərlə işəgötürənlər
arasında bağlanılmış əmək müqavilələri
istisna olmaqla, digər vəzifələr (peşələr)
üzrə işçilərlə işəgötürənlər
arasında bağlanılmış əmək müqavilələri,
onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi
aidiyyəti işəgötürənlər tərəfindən
müvafiq əmək müqaviləsi bildirişi formasında
elektron informasiya sisteminə daxil edilməlidir.
3.3. Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq,
bu Məcəllə qüvvəyə minənədək
mövcud olan əmək qanunvericiliyi əsasında
işçilərlə şifahi formada bağlanılmış
və yazılı formada tərtib edilməmiş əmək
müqavilələri, onlarda şifahi formada dəyişikliklərin
edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər
tərəfindən mövcud əmək şəraiti şərtləri
və məlumatları əsasında elektron informasiya sisteminə
bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan
müvafiq əmək müqaviləsi bildirişi formasında
daxil edilir.
3.4.
Əmək müqaviləsi bildirişinin elektron informasiya
sisteminə daxil edilməsi “Elektron hökumət”
portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən
autentifikasiyavasitələrindən istifadə edilməklə,
bilavasitə işəgötürən tərəfindən və
ya “Elektron hökumət” portalında yerləşdirilmiş
“Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi”
xidməti vasitəsilə işəgötürənin səlahiyyət
verdiyi şəxslər tərəfindən həyata
keçirilir.
3.5.
İşəgötürən xidmətə daxil olduqda,
sistem tərəfindən onun təkmil sertifikatına əsasən
soyadı, adı,
atasının adı, gücləndirilmiş elektron imza
(hüquqi şəxslərlə münasibətdə
möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi
və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən
edilir. İşəgötürən əmək müqaviləsi
bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini
etibar etdiyi şəxsin (şəxslərin)
gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini
(FİN), səlahiyyətin etibar edilmə müddətini
müəyyən edilmiş formada sistemə daxil edərək
təsdiqləməlidir.
3.6. Bir
şəxsə bir neçə işəgötürən tərəfindən
əmək müqaviləsi bildirişinin elektron informasiya
sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət
verilən şəxsə sistem vasitəsilə müəyyən
edilmiş siyahıda müvafiq işəgötürəni
seçdikdən sonra əmək müqaviləsi
bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.
4. Əmək
müqaviləsinin bağlanılması ilə bağlı
əmək müqaviləsi bildirişi
4.1. “Əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi” elektron informasiya sisteminə
daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən
barəsində aşağıdakı məlumatlar sistem tərəfindən
avtomatik rejimdə müəyyən olunur və əmək
müqaviləsi bildirişinə daxil edilir:
4.1.1. işəgötürən hüquqi şəxs
olduqda:
4.1.1.1. hüquqi şəxsin adı;
4.1.1.2. sığortaedənin uçot nömrəsi
(SUN);
4.1.1.3. vergi
ödəyicisinineyniləşdirmə nömrəsi
(VÖEN);
4.1.1.4. hüquqi
ünvanı, faktiki ünvanı, əlaqə telefonları;
4.1.2. işəgötürən
fiziki şəxs olduqda:
4.1.2.1. soyadı,
adı, atasının adı;
4.1.2.2. sığortaedənin
uçot nömrəsi (SUN);
4.1.2.3. vergi
ödəyicisinineyniləşdirmə nömrəsi
(VÖEN);
4.1.2.4. qeydiyyatda
olduğu ünvanı, əlaqə telefonları;
4.1.2.5. şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası və
nömrəsi, verildiyi tarix və sənədi verən
orqanın adı;
4.1.2.6. sosial
sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
4.1.2.7. fərdi
identifikasiya nömrəsi (FİN).
4.2. İşçinin fərdi
identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi
bildirişində müvafiq sahəyə daxil edilərkən
istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat
aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən
avtomatik rejimdə müəyyən edilir və əmək
müqaviləsi bildirişində göstərilir:
4.2.1. işçinin
soyadı, adı, atasının adı;
4.2.2. vətəndaşlığı;
4.2.3. şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası, nömrəsi,
verildiyi tarix və sənədi verən orqanın adı;
4.2.4. ilk dəfə
əmək fəaliyyətinə başlayanlar istisna olmaqla,
dövlət sosial sığorta şəhadətnaməsinin
nömrəsi (SSN);
4.2.5. fərdi
identifikasiya nömrəsi (FİN);
4.2.6. doğum
tarixi;
4.2.7. işçinin
qeydiyyatda olduğu ünvan;
4.2.8. cinsi.
4.3. Sistem
tərəfindən avtomatik rejimdə müəyyən edilən
məlumatlarla yanaşı, əmək müqaviləsi
bildirişinə avtomatik rejimdə daxil olunmayan
aşağıdakı məlumatlar daxil edilir:
4.3.1. işəgötürənin səlahiyyətlərini
həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi,
soyadı, adı, atasının adı;
4.3.2. vəzifəli
şəxsin fərdi identifikasiya nömrəsi (FİN);
4.3.3. vəzifəli
şəxsin şəxsiyyətini təsdiq edən sənədin
adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi
verən orqanın adı;
4.3.4. işçinin yaşadığı ünvan,
əlaqə telefonları;
4.3.5. iş yerinin adı;
4.3.6. iş yerinin əsas və ya əlavə
olması barədə qeyd;
4.3.7. işçinin vəzifəsinin (peşəsinin)
adı;
4.3.8. əmək
müqaviləsinin bağlanıldığı tarix (elektron
informasiya sistemi istifadəyə verilən tarixdən sonra
bağlanılmış əmək müqavilələri
istisna olmaqla);
4.3.9. əmək
müqaviləsinin növü (müddətli və ya müddətsiz);
4.3.10. müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix;
4.3.11. işçinin
aylıq əməkhaqqının məbləği (manatla);
4.3.12. əməyin ödənilməsi
formasının işəmuzd və ya vaxtamuzd olması barədə
qeyd.
4.4.
Əmək müqaviləsinin bağlanılması ilə
bağlı müəyyən məlumatlar elektron informasiya
sistemi vasitəsilə əmək müqaviləsi
bildirişinə daxil edildikdən sonra məlumat bazasında
bu Qaydaların 1 və 2 nömrəli əlavələrində
müəyyən edilmiş formada yadda saxlanılır və
bununla bağlı 1(bir) iş günündən gec olmayaraq,
sistem vasitəsilə işəgötürənə elektron
qaydada bu Qaydaların 6 nömrəli əlavəsində
müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək, mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını
təmin edir və işçinin müraciəti əsasında
bildirişin və məlumatın surətini ona təqdim edir.
5. Əmək
müqaviləsində dəyişiklik edilməsi ilə
bağlı
əmək müqaviləsi bildirişi
5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin
razılığı ilə əmək müqaviləsində
dəyişiklik edildikdə, “Əmək müqaviləsində
dəyişiklik edilməsi ilə bağlı əmək
müqaviləsi bildirişi”ndə məlumatların ilkin və
ya əvvəlki dəyişiklikdən sonra sonuncu
redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər
edilən məlumatlar əvvəlki məlumatların əvəzinə
bildirişə daxil edilir.
5.2. Əmək müqaviləsində
göstərilən, lakin “Əmək müqaviləsinin
bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat
və şərtlərlə bağlı əmək
müqaviləsində dəyişikliklər edildikdə,
“Əmək müqaviləsində dəyişiklik edilməsi
ilə bağlı əmək müqaviləsi bildirişi”ndə
müvafiq sahədə bununla bağlı əvvəlki və
dəyişiklik edilən məlumat və şərtlər
daxil edilir.
5.3.
Əmək müqaviləsində dəyişiklik edilməsi
ilə bağlı müəyyən məlumatlar elektron
informasiya sisteminə daxil edildikdən sonra məlumat bazasında
bu Qaydaların 3 və 4 nömrəli əlavələrində
müəyyən edilmiş formada yadda saxlanılır və
bununla bağlı 1(bir) iş
günündən gec olmayaraq, işəgötürənə
sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində
müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını
təmin edir və işçinin müraciəti əsasında
bildirişin və məlumatın surətini ona təqdim edir.
6. Əmək
müqaviləsinə xitam verilməsi ilə bağlı
əmək müqaviləsi bildirişi
6.1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə
xitam verildikdə, aşağıdakı məlumatlar elektron
informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə
xitam verilməsi ilə bağlı əmək müqaviləsi
bildirişi”nə daxil edilir:
6.1.1. əmək müqaviləsinə xitam verilməsi
barədə əmrin nömrəsi və tarixi;
6.1.2. əmək müqaviləsinə xitam verilməsinin
əsası;
6.1.3. işəgötürənin adı;
6.1.4. işçinin soyadı, adı,
atasının adı;
6.1.5. işçinin fərdi identifikasiya nömrəsi
(FİN);
6.1.6.
“Əmək müqaviləsinin bağlanılması ilə
bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.
6.2.
Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar
elektron informasiya sisteminə daxil edildikdən sonra məlumat
bazasında bu Qaydaların 5 nömrəli əlavəsində
müəyyən edilmiş formada yadda saxlanılır və
bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq
işəgötürənə sistem vasitəsilə bu
Qaydaların 8 nömrəli əlavəsində müəyyən
edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək, mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını
təmin edir və işçinin müraciəti əsasında
bildirişin və məlumatın surətini ona təqdim edir.
7. Əmək müqaviləsi
bildirişlərinin və onlarla bağlı məlumatların
real vaxt rejimində əldə olunması
7.1. İşçinin onunla
bağlı qeydiyyata alınmış müvafiq əmək
müqaviləsi bildirişinin ( bildirişlərinin)
məlumatlarını real vaxt rejimində əldə etmək
imkanları elektron informasiya sistemi vasitəsilə təmin
olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək
müqaviləsi bildirişinin məlumatlarını “Elektron
hökumət” portalının mövcud autentifikasiyavasitələrindən
istifadə etməklə “Əmək müqaviləsi
bildirişlərinin məlumatlarının işçilər
tərəfindən əldə edilməsi” xidmətini
seçərək, özü barədə müvafiq məlumatı
əldə edə bilər.
7.2. İşəgötürənə
elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək
müqaviləsi bildirişlərinin və bu bildirişlərlə
bağlı göndərilən məlumatların reyestrinə
baxmaq və onları çap etmək imkanı
yaradılır.
7.3. Elektron informasiya sistemi işəgötürənlərin
və işçilərin digər işəgötürən
və işçilər barədə sistemdən məlumat
almasına imkan yaratmır.
8. Yekun müddəalar
8.1.
Bilavasitə işəgötürənin özü və ya
onun səlahiyyətli nümayəndəsi tərəfindən
elektron informasiya sisteminə daxil edilən məlumatlar həqiqi
və düzgün olmalıdır.
8.2. Elektron
informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən
edilmiş əmək müqaviləsi bildirişlərinə
və məlumat formalarına qeyri-müəyyənməlumatların
daxil edilməsinə məhdudiyyətlər qoyulurvə sistem
tərəfindən məlumat qəbul edilmədikdə bununla
bağlı dərhal müvafiq məlumat göstərilir.
8.3.
Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların
məlumat bazasında
saxlanılması müddəti məhdudlaşdırılmır.
________________
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
1 nömrəli
əlavə
ƏMƏK
MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ
BAĞLI
ƏMƏK MÜQAVİLƏSİ
B İ L
D İ R İ Ş İ
¹__________
Tarix___________
Hüquqi
şəxs olan işəgötürən barədə məlumatlar
Hüquqi
şəxsin tam adı:
SUN:
VÖEN:
Hüquqi
ünvanı:
Faktiki
ünvanı:
Əlaqə
telefonları:
İşəgötürənin
səlahiyyətlərini yerinə yetirən şəxs barədə
məlumat
Vəzifəsi:
Soyadı:
Adı:
Atasının adı:
FİN:
Şəxsiyyətini
təsdiq edən sənədin
adı:
seriyası və nömrəsi:
verildiyi
tarix:
sənədi verən
orqanın adı:
İşçi
barədə məlumat
Şəkil
Soyadı:
Adı:
Atasının adı:
Vətəndaşlığı:
Cinsi:
Şəxsiyyətini
təsdiq edən sənədin
adı: seriyası
və nömrəsi:
verildiyi
tarix:
sənədi verən orqanın adı:
SSN:
FİN:
Doğum
tarixi:
Qeydiyyatda
olduğu ünvanı:
Yaşadığı
ünvanı:
Əlaqə
telefonları:
İş
yeri barədə məlumatlar
İş
yerinin adı:
İş
yerinin əsas
və ya əlavə olması barədə qeyd:
İşçinin
vəzifəsinin (peşəsinin) adı:
Digər
məlumatlar
Əmək
müqaviləsinin bağlandığı tarix:
Əmək
müqaviləsinin növü:
Müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix:
Əməyin
ödənilməsi formasının işəmuzd və ya
vaxtamuzd olması barədə qeyd:
İşçinin
aylıq əməkhaqqının məbləği (manatla):
Çap
tarixi: dd.mm.yyyyhh:mm
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
2 nömrəli
əlavə
ƏMƏK
MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ
BAĞLI
ƏMƏK MÜQAVİLƏSİ
B İ L
D İ R İ Ş İ
¹__________
Tarix___________
Fiziki
şəxs olan işəgötürən barədə məlumatlar
Soyadı:
Adı:
Atasının adı:
SUN:
VÖEN:
Qeydiyyatda
olduğu ünvanı:
Əlaqə
telefonları:
SSN:
FİN:
Şəxsiyyətini
təsdiq edən sənədin
adı:
seriyası
və nömrəsi:
verildiyi
tarix:
sənədi verən orqanın adı:
İşçi
barədə məlumat
Şəkil
Soyadı: Adı:
Atasının adı:
Vətəndaşlığı: Cinsi:
Şəxsiyyətini
təsdiq edən sənədinadı: seriyası və nömrəsi:
verildiyi
tarix: sənədi
verən orqanın adı:
SSN:
FİN:
Doğum
tarixi:
Qeydiyyatda
olduğu ünvanı:
Yaşadığı
ünvanı:
Əlaqə
telefonları:
İş
yeri barədə məlumatlar
İş
yerinin adı:
İş
yerinin əsas
və ya əlavə olması barədə qeyd:
İşçinin
vəzifəsinin (peşəsinin) adı:
Digər
məlumatlar
Əmək
müqaviləsinin bağlanıldığı tarix:
Əmək
müqaviləsinin növü:
Müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix:
Əməyin
ödənilməsi formasının işəmuzd və ya
vaxtamuzd olması barədə qeyd:
İşçinin
aylıq əməkhaqqının məbləği (manatla):
Çap
tarixi: dd.mm.yyyyhh:mm
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
3 nömrəli
əlavə
ƏMƏK
MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK
EDİLMƏSİ İLƏ
BAĞLI
ƏMƏK MÜQAVİLƏSİ
B İ L
D İ R İ Ş İ
¹__________
Tarix___________
Hüquqi
şəxs olan işəgötürən barədə məlumatlar
Hüquqi
şəxsin tam adı:
məlumat
əvvəlki məlumat
SUN: məlumat
VÖEN: məlumat
Hüquqi
ünvanı: məlumat
əvvəlki məlumat
Faktiki
ünvanı: məlumat
əvvəlki məlumat
Əlaqə
telefonları: məlumat
əvvəlki məlumat
İşəgötürənin
səlahiyyətlərini yerinə yetirən şəxs barədə
məlumat
Vəzifəsi: məlumat
əvvəlki
məlumat
Soyadı: məlumat
Adı: məlumat
Atasının adı:
məlumat
əvvəlki
məlumat
əvvəlki məlumat
əvvəlki məlumat
FİN: məlumat
əvvəlki məlumat
Şəxsiyyətini
təsdiq edən sənədin
adı: məlumat
seriyası və nömrəsi: məlumat
əvvəlki məlumatəvvəlki məlumat
verildiyi
tarix: məlumat sənədi
verən orqanın adı:
məlumat
əvvəlki məlumatəvvəlki məlumat
İşçi
barədə məlumat
Şəkil
Soyadı: məlumat Adı: məlumat
Atasının
adı:məlumat
əvvəlki məlumatəvvəlki məlumat əvvəlki məlumat
Vətəndaşlığı: məlumat Cinsi:məlumatəvvəlki
məlumat
Şəxsiyyətini
təsdiq edən sənədin
adı: məlumat seriyası və nömrəsi:
əvvəlki məlumatəvvəlki məlumat
əvvəlki məlumat
verildiyi
tarix: məlumat sənədi verən
orqanın adı:
məlumat
əvvəlki məlumatəvvəlki məlumat
SSN: məlumat FİN:
məlumat
Doğum
tarixi: məlumat
Qeydiyyatda
olduğu ünvanı:məlumat
əvvəlki məlumat
Yaşadığı
ünvanı: məlumat
əvvəlki məlumat
Əlaqə
telefonları: məlumat
əvvəlki məlumat
İş
yeri barədə məlumatlar
İş
yerinin adı: məlumat
əvvəlki
məlumat
İş
yerinin əsas
və ya əlavə olması barədə qeyd: məlumat
əvvəlki məlumat
İşçinin
vəzifəsinin (peşəsinin) adı: məlumat
əvvəlki məlumat
Digər
məlumatlar
Əmək
müqaviləsinin bağlandığı tarix: məlumat
əvvəlki məlumat
Əmək
müqaviləsinin növü: məlumat
əvvəlki məlumat
Müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix: məlumat
əvvəlki məlumat
Əməyin
ödənilməsi formasının işəmuzd və ya
vaxtamuzd olması barədə qeyd:məlumat
əvvəlki məlumat
İşçinin
aylıq əməkhaqqının məbləği
(manatla): məlumat
əvvəlki məlumat
Əmək
müqaviləsində edilən digər dəyişikliklərin
qısa məzmunu:
Əvvəlki:
Dəyişiklik:
Çap
tarixi: dd.mm.yyyyhh:mm
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
4 nömrəli
əlavə
ƏMƏK
MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK
EDİLMƏSİ İLƏ
BAĞLI
ƏMƏK MÜQAVİLƏSİ
B İ L
D İ R İ Ş İ
¹__________
Tarix___________
Fiziki
şəxs olan işəgötürən barədə məlumatlar
Soyadı: məlumatAdı: məlumat Atasının adı: məlumat
əvvəlki
məlumat əvvəlki
məlumat
əvvəlki məlumat
SUN: məlumat VÖEN:
məlumat
Qeydiyyatda
olduğu ünvanı: məlumat
əvvəlki məlumat
Əlaqə
telefonları: məlumat
əvvəlki məlumat
SSN: məlumat
FİN: məlumat
Şəxsiyyətini
təsdiq edən sənədin
adı: məlumat
seriyası və nömrəsi:məlumat
əvvəlki
məlumatəvvəlki məlumat
verildiyi
tarix:məlumatsənədi verən orqanın adı:məlumat
əvvəlki məlumatəvvəlki məlumat
İşçi
barədə məlumat
Şəkil
Soyadı: məlumat Adı: məlumat
Atasının
adı: məlumat
əvvəlki məlumatəvvəlki məlumatəvvəlki məlumat
Vətəndaşlığı: məlumatCinsi: məlumat
əvvəlki
məlumat
Şəxsiyyətini
təsdiq edən sənədin
adı: məlumat
seriyası və nömrəsi:məlumat
əvvəlki
məlumat
əvvəlki məlumat
verildiyi
tarix: məlumatsənədi
verən orqanın adı:məlumat
əvvəlki məlumat əvvəlki
məlumat
SSN: məlumat
FİN: məlumat
Doğum
tarixi: məlumat
Qeydiyyatda
olduğu ünvanı:
məlumat
əvvəlki məlumat
Yaşadığı
ünvanı: məlumat
əvvəlki məlumat
Əlaqə
telefonları: məlumat
əvvəlki məlumat
İş
yeri barədə məlumatlar
İş
yerinin adı: məlumat
əvvəlki
məlumat
İş
yerinin əsas
və ya əlavə olması barədə qeyd: məlumat
əvvəlki məlumat
İşçinin
vəzifəsinin (peşəsinin) adı: məlumat
əvvəlki məlumat
Digər
məlumatlar
Əmək
müqaviləsinin bağlanıldığı tarix: məlumat
əvvəlki məlumat
Əmək
müqaviləsinin növü: məlumat
əvvəlki məlumat
Müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix: məlumat
əvvəlki məlumat
Əməyin
ödənilməsi formasının işəmuzd və ya
vaxtamuzd olması barədə qeyd:məlumat
əvvəlki məlumat
İşçinin
aylıq əməkhaqqının məbləği
(manatla): məlumat
əvvəlki məlumat
Əmək
müqaviləsində edilən digər dəyişikliklərin
qısa məzmunu:
Əvvəlki:
Dəyişiklik:
Çap
tarixi: dd.mm.yyyyhh:mm
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
5 nömrəli
əlavə
ƏMƏK
MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
İLƏ
BAĞLI
ƏMƏK MÜQAVİLƏSİ
B İ L
D İ R İ Ş İ
¹__________
Tarix___________
1. Əmək
müqaviləsinə xitam verilmişdir:
1.1.əmək
müqaviləsinə xitam verilməsi ilə bağlı
müvafiq əmrin nömrəsi və tarixi:
1.2.əmək
müqaviləsinə xitam verilməsinin əsası:
2. Əmək
müqaviləsinə xitam verilməsi ilə bağlı
aşağıda qeyd olunan əmək müqaviləsi
bildirişi ləğv edilmişdir:
2.1. işəgötürənin adı:
2.2. işçinin soyadı, adı,
atasının adı:
2.3. işçinin FİN:
2.3. əmək müqaviləsinin
bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişinin nömrəsi:
2.4. əmək müqaviləsinin
bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişinin tarixi:
Çap
tarixi: dd.mm.yyyyhh:mm
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
6 nömrəli
əlavə
Əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi
bildirişinin qeydiyyata alınmasına dair
MƏLUMAT
¹ ____
tarix
__________
İşəgötürənlə
_________________________________________________
(işəgötürən hüquqi şəxs
olduqda adı, fiziki şəxs olduqdaadı, atasının
adı və soyadı)
____________________________________________________________
(işəgötürənin səlahiyyətli
şəxsinin adı, atasının adı və soyadı)
İşçi
____________________________________________________________
(işçinin adı, atasının adı və
soyadı)
arasında bağlanılmış əmək müqaviləsi “___” __________ tarixli ____ nömrəli
“Əmək müqaviləsinin bağlanılması ilə
bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində
qeydiyyata alınmışdır.
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
7 nömrəli
əlavə
Əmək
müqaviləsində dəyişiklik edilməsi ilə
bağlı əmək müqaviləsi bildirişinin
qeydiyyata alınmasına dair
MƏLUMAT
¹ ____
tarix___________
İşəgötürənlə
__________________________________________________
(işəgötürən hüquqi şəxs
olduqda adı, fiziki şəxs olduqda adı,
atasının adı və soyadı)
_____________________________________________________________
(işəgötürənin səlahiyyətli şəxsinin
adı, atasının adı və soyadı)
İşçi
_____________________________________________________________
(işçinin adı, atasının adı və
soyadı)
arasında bağlanılmış əmək müqaviləsində
dəyişiklik“___” __________ tarixli ____ nömrəli “Əmək
müqaviləsində dəyişiklik edilməsi ilə
bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində
qeydiyyata alınmışdır.
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar”a
8 nömrəli
əlavə
Əmək
müqaviləsinə xitam verilməsi ilə bağlı əmək
müqaviləsi
bildirişinin qeydiyyata alınmasına dair
MƏLUMAT
¹ ____
tarix _______
İşəgötürənlə
_______________________________________________
(işəgötürən hüquqi şəxs
olduqda adı, fiziki şəxs olduqda
adı,
atasının adı və soyadı)
__________________________________________________________
(işəgötürənin səlahiyyətli
şəxsinin adı, atasının adı və soyadı)
İşçi
___________________________________________________________
(işçinin adı, atasının adı və
soyadı)
arasında bağlanılmış əmək
müqaviləsinə xitam verilməsi “___” __________ tarixli ____
nömrəli “Əmək müqaviləsinə xitam verilməsi
ilə bağlı əmək müqaviləsi bildirişi” ilə
elektron informasiya sistemində qeydiyyata alınmışdır.
Azərbaycan.-2014.- 13 iyun.- S.1.