Azərbaycanın enerji
layihələri Avropanın
enerji
təminatında mühüm
rol oynayır
İyunun 12-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri, eyni zamanda TürkPA -nın fəaliyyətdə olan sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti ilə gpörüşüb. Görüşdə Azərbaycan-Türkiyə və Azərbaycan TürkPA əlaqələri müzakirə edilib.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, TürkPA regionda çox nüfuzlu təşkilatdır. Azərbaycanın TürkPA ilə əlaqələri hər zaman yüksək səviyyədə olub. Biz elə etməliyik ki, təşkilatın nüfuzu beynəlxalq müstəvidə daha da artsın. Azərbaycan-Türkliyə əlaqələrindən də söz açan Oqtay Əsədov vurğulayıb ki, hər iki ölkə bir-birinə qardaş münasibəti bəsləyir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, təhsil və digər sahələrdə yüksək əlaqələr mövcuddur. Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard dollardan çoxdur, bu rəqəmi daha da artırmaq olar. Onun sözlərinə görə, növbəti 5-6 il ərzində Türkiyəyə 20 milyard dollar həcmində sərmayə qoyulacaq. Sərmayə qoyuluşu qarşılıqlı şəkildə davam edəcək.
O.Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də söz açıb. Bildirib ki, bu isiqamətdə irimiqyaslı layihələrin həyata keçirilməsi Avropanın enerji təminatında mühüm rol oynayacaq.
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dostluğa, qardaşlığa söykəndiyini qeyd etdi. Eyni dildə danışan, eyni dini paylaşan ölkələrimiz bir-birinə qarşı daim yüksək hörmət, dostluq və qardaşlıq münasibəti bəsləyir. Odur ki, ölkələrarası siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələr yüksək səviyyədədir. O, Türkiyənin Soma vilayətində yerləşən kömür mədənində baş vermiş faciə günlərində Azərbaycanın göstərdiyi həssaslığa görə ölkə rəhbərliyinə və Azərbaycan xalqına təşəkkürünü bildirdi.
Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin mahiyyəti ilə bağlı Cəmil Çiçək vurğuladı ki, bununla Azərbaycan həm region, həm də Avropa üçün çox önəmli ölkələr sırasına yüksəlib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2014.- 13 iyun.- S.1.