Bələdiyyələr: inkişaf, problemlər və vəzifələr

 

2014-cü il bələdiyyə seçkiləri ilidir

 

Demokratik təsisatlara malik olmayan və vətəndaş cəmiyyəti həmrəyliyinin möhkəmləndirilməsinə zəmin yaradılmayan hər hansı bir ölkədə uzunmüddətli ictimai-siyasi sabitlikdən, dayanıqlı iqtisadiyyatdan, sosial inkişafdan danışmaq çətindir. Müstəqilliyin möhkəmləndirilməsi yolunun demokratik inkişafdan, insan hüquqlarının qorunmasından, vətəndaşların cəmiyyətə sağlam münasibətindən və onun həyatında fəal iştirakından keçdiyini nəzərə alsaq, bu sahədə yerli özünüidarəetmənin əhəmiyyətli rolunuyerini aydın görərik.

Yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkədə vətəndaş cəmiyyətinin formalaşması, demokratik, hüquqi dövlətin möhkəmlənməsi baxımından çox vacibdir. Bu, bütün demokratik ölkələr kimi, müstəqil Azərbaycan Respublikası  üçünxarakterikdir.

Ümummilli lider Heydər Əliyev cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolunu yüksək qiymətləndirirdi. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının bütöv bir bölməsinin - dördüncü bölməsinin yerli özünüidarəetməyə həsr edilməsi bu qiymətin ifadəsidir.

Əbədiyaşar rəhbər qeyd edirdi ki "yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarəetmədə vətəndaşlarımıza  imkanlar yaradılmasının  göstəricisidir".

Heydər Əliyev ideyalarına sonsuz sədaqətin ifadəsidir ki, yarandığı dövrdən bugünə kimi Azərbaycanda yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzununrolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan qaldırılmasına qayğı və diqqət göstərilir. Bu təbiidir. Respublikamızın müstəqil, hüquqi dünyəvi dövlət quruluşu, beynəlxalq aləmlə, dünya dövlətləri ilə gündən-günə genişlənən və möhkəmlənən əlaqələrimiz, həm də ölkədə gedən sürətli sosial-iqtisadi, regional inkişaf, insan hüquqlarına hörmət, əksmərkəzləşdirmə siyasətinin həyata keçirilməsi bunu tələb edir. İdarəetmə fəaliyyətinin və ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar müəyyən problemlərin həllinin ağırlıq mərkəzinin yerlərə keçməsi, əhalinin yerlərdə qalıb möhkəmlənməsi və əməli fəaliyyətə yaxından cəlb olunması vəzifəsi yerli hakimiyyət orqanlarının, eləcə də bələdiyyələrin rolunun artırılmasını zərurətə çevirir.

Hakimiyyətin xalqa yaxınlaşması ideyasının reallaşması, insanların gündəlik, təxirəsalınmaz tələbatının yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin fəaliyyətinin genişlənməsinə zəmin yaratmaqla bərabər, həm də onların üzərinə böyük vəzifələr qoyur.

Azərbaycan Respublikasının Konstitusiyası, qəbul olunmuş mühüm qanunlar, hüquqi-normativ aktlar, beynəlxalq normalar bələdiyyələrin hüquqi bazasını formalaşdırıb və yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradır. Bu sənədlərdə demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının geniş əks olunması ölkədə yerli demokratiyanın genişlənməsinə, əhalinin özünüidarəetmənin mütərəqqi formalarından hərtərəfli istifadə etməsinə, yerli əhəmiyyətli məsələlərin həllində hər bir insanın iştirakına imkan verir.

Yerli özünüidarəetmənin inkişafı, təkmilləşdirilməsi, istiqamətləndirilməsi sahəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş qanunlarqanunlara edilmiş əlavə və dəyişikliklər mütərəqqidir, beynəlxalq normalara uyğundur, demokratik prinsipləri əks etdirmək baxımından əhəmiyyətlidir. Bunu 1999, 2004 və 2009-cu illərdə keçirilən bələdiyyə seçkiləri, həmin dövrlərdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətində müşahidə edilən irəliləyişlər, həyata keçirilən müəyyən islahatlar, işdə olan nöqsanların aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər bir daha sübut edir.

Hər bir seçkidən sonra bələdiyyələrin həyatında baş verən müsbət dəyişikliklər irəliləyişin göstəricisidir. Seçkidən-seçkiyə yerli özünüidarəetmə orqanları formalaşır. Onlar ali təhsillilərin, mütəxəssislərin, ziyalıların, fəal gənclərin, qadınların hesabına möhkəmlənir, bələdiyyələr yerlərdə söz sahiblərinə, əməli işin təşkilatçılarına, insanların yaxın köməkçilərinə çevrilirlər.

Bələdiyyə institutu, yerli özünüidarəetmə  orqanlarının işi ilə yaxından tanış olmayanlar haqsız yerə bələdiyyələri səriştəsizlikdə, fəaliyyətsizlikdə günahlandırırlar. Onların fikri reallıqları əks etdirmir. Bəzi qeyri-hökumət təşkilatları, ekspertlər, siyasətlə məşğul olanlar bələdiyyələrə müstəsna səlahiyyətlər verilməsi təkliflərini irəli sürməklə bu orqanı tam müstəqil bir qurum kimi görmək istəyir və icra strukturları ilə əlaqələrinin aradan qaldırılmasını, paralel tədbirlərin görülməməsini tövsiyə edirlər.

Ancaq onlar müstəsna səlahiyyət anlayışının mahiyyətini düzgün izah edə bilmirlər və təəssüflər olsun ki, bələdiyyələrin icra orqanları, digər qurumlarla əlaqəli fəaliyyətlərini, əməkdaşlığını, birgə tədbirlərini yerli özünüidarəetmə səlahiyyətlərinin pozulması, zəifləməsi kimi dəyərləndirirlər. Bu heçdüzgün yanaşma deyil, əksinə, bələdiyyələr ətrafdakı orqanlarla, təşkilatlarla nə qədər çox qaynayıb-qarışsalar, bir o qədər çox görmüş və hörmət qazanmış olarlar.

Yaxşı haldır ki, bu gün ölkə bələdiyyələri dövlət siyasətini dərindən başa düşən, qiymətləndirən və ona dəstək verən bir orqana çevriliblər. Bələdiyyələr reallıqları görüröz fəaliyyətlərini bu zəmin üzərində qururlar. Bələdiyyələr yaxşı bilirlər ki, onlar demokratiyanın, zamanın yetirmələridir. Buna görə də bələdiyyə institutu da məhz zamanın gedişi prosesində real həyata uyğun formalaşıb inkişaf etməlidir. İnkişaf yolu keçmiş demokratik ölkələrin bələdiyyələrinin fəaliyyəti, təcrübəsi bunu deməyə əsas verir. Əsrlərlə yaşı olan bir çox xarici ölkə bələdiyyələrində bugünün özündə təkmilləşmə prosesinin baş verməsi zamanın gedişindən, dövrün tələbindən irəli gələn haldır.

Bu gün Azərbaycan bələdiyyələrinin qarşısında ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər etmək vəzifəsini qoymaqonlara ciddi problemləri həll etmək səlahiyyətləri vermək məqsədəuyğun deyil. Yerli özünüidarəetmə orqanlarının öyrənməyə, təkmilləşməyə ehtiyacı var. Bələdiyyə institutunun səmərəli fəaliyyəti üçün həyata keçirilən müəyyən islahatlar - bələdiyyə assosiasiyalarının yaradılması (kənd, qəsəbə və şəhər) və bələdiyyələrin könüllü birləşməsi prosesinin gedişi buna nümunədir.

Bələdiyyə assosiasiyalarının fəaliyyəti özünüidarəetmə işinin xeyli canlanmasına,  ilk növbədə,  maarifləndirmə tədbirlərinin genişlənməsinə, beynəlxalq əlaqələrin, xarici ölkə bələdiyyələri, qeyri-hökumət təşkilatları, dövlət qurumları ilə münasibətlərin daha da möhkəmlənməsinə, respublika, regional əhəmiyyətli tədbirlərin görülməsinə, kadrların fəallığının yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə kömək etmişdir.

Bələdiyyələrin birləşmə amilini düzgün qiymətəndirmələri və könüllü olaraq bu prosesə dəstək vermələri onların xeyrinə olmuşdur. Belə ki, kifayət qədər maliyyə bazası, mülkiyyəti, kadr potensialı olmayan mindən çox bələdiyyə daha yaxşı, lazımi bacarığı və maliyyə vəsaiti olan bələdiyyələrə birləşməklə çatışmazlıqların aradan qaldırılmasını təmin etmişlər.

Bələdiyyələrin vergi sisteminin təkmilləşdirilməsində, mülkiyyətin müəyyən edilməsində, bələdiyyə-vətəndaş münasibətlərinin qurulmasında da irəliləyiş hiss olunmaqdadır. Faktları sadalamaq fikrində deyiləm. Ancaq onu bildirmək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət bələdiyyələrinin inkişafında maraqlıdır və bu sahəyə lazımi diqqət yetirilir. Yerli özünüidarəyə həsr olunmuş 30-a yaxın qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam və əsasnamənin qəbul edilməsi bunu deməyə əsas verir.

Əlbəttə, bu gün bələdiyyələrin fəaliyyətində bir çox nöqsanlar, çatışmazlıqlar, həllini gözləyən problemlər mövcuddur. Ancaq bəzi insanların səsləndirdiyi kimi, bələdiyyələr tam səlahiyyətsiz, fəaliyyəti nəzərə çarpmayan, kimdənsə asılı orqanlar deyildir. Əgər yerli özünüidarəetmə orqanları əsaslı qanunlarla tənzimlənən səlahiyyətlərə və imkanlara malikdirlərsə, onların səmərəli işləməsi üçün ölkədə lazımi şərait yaradılıbsa, mövcud nöqsanları dövlətin adına yazmaq olmaz.

Azərbaycanda bələdiyyə institutunun qarşılaşdığı ən birinci problem bələdiyyə- vətəndaş münasibətlərinin düzgün qurulmaması və bu sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməməsidir. Əsas nöqsanlar yerli özünüidarəetmə orqanlarında şəffaflığın və aşkarlığın dolğun təmin edilməməsi, vergi və ödənişlərin lazımi səviyyədə toplanılmaması, müəyyən layihələrin həyata keçirilməməsi, bəzi neqativ hallara yol verilməsi və sair bu amillərlə bağlıdır.

Vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr insanlarla, seçicilərlə sıx təmasda olmalı və birgə işləməlidir. İstər dövlət, icra strukturları, istər qeyri-hökumət təşkilatları, istərsə də sahibkarlar olsun, fərqi yoxdur, bu qurumlarda çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır, seçicidir və onların hər biri bələdiyyələrə münasibətdə dövlət mövqeyindən çıxış etməyə borcludur. Sözsüz ki, hər bir qurumun, vətəndaşın digərinə sağlam münasibəti həm ölkənin inkişafı, həm də insanların rahatlığı, mənafeyi baxımından əhəmiyyətlidir.

Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birgə fəaliyyəti səmərəli qurulubsa, orada yaxşı nəticələr nəzərə çarpır və bu, insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə-vətəndaş münasibətlərinə də aiddir.

Müəyyən qurumların, sahibkarların, adamlarının bələdiyyələrə münasibəti köklü şəkildə dəyişilməli, əlaqələr qanunvericiliyə uyğun sağlam əsaslar üzərində qurulmalıdır. Çünki bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi ilk növbədə vətəndaşlarla münasibətin qurulmasından və nəticədə yerli özünüidarəetmə orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır. Əlbəttə ki, lazımi maliyyə vəsaitinə malik olmayan bələdiyyə bir görməyə, eləcə də vətəndaşların etimadını doğrultmağa qadir deyil.

Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Nəinki iqtisadiyyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, sosial həyatımızda köklü dəyişikliklər baş vermişdirbu gün sosial-iqtisadi inkişaf durmadan sürətlənir. Respublika  ərasində yüzlərlə istirahət əyləncə mərkəzi, turizm bazası, şadlıq evi, hotel, restoran, sağlamlıq guşəsi, ictimai-iaşə obyektisair fəaliyyət göstərir. Qanunvericiliyə görə, bələdiyyə ərazilərində fəaliyyət göstərən bu kimi obyektlər öz gəlirlərindən bələdiyyələrin hesabına müəyyən ödənişlər etməlidirlər. Təəssüflər olsun ki, onların çox az hissəsi bələdiyyə hesabına vəsait köçürür. Halbuki bu obyektlərin çoxunun gediş-gəliş yolları, əraziləri çox vaxt bələdiyyələrin hesabına təmizlənir, qaydaya salınır.

Yerli vergilərin toplanılmasında da bələdiyyələr belə hallarla tez-tez rastlaşırlar. Vətəndaş torpaq və əmlak vergisini verməkdən imtina edirözünün seçdiyi orqanı çıxılmaz vəziyyətdə qoyur.

Vətəndaş həm də seçicidiro, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. O öz bələdiyyəsinin yığıncaqlarında iştirak edib müəyyən təkliflərini verməklə bərabər, həm də ondan görülən işlərə dair hesabat tələb edə bilər. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə də özünü göstərir. Əksər seçicilər bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir və sonrakı beş ildə bir dəfə də olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici nəzarətindən kənarda qalır.

Faktlardan göründüyü kimi, bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Fikrimizcə, bir çox nöqsanların  səbəbi  budur. Biz vətəndaş, həm də seçici olaraq seçdiyimiz orqanın - bələdiyyələrin fəaliyyəti ilə müntəzəm olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı nə nüfuzunu qorumalıyıq.

Bələdiyyə institutunun inkişafı dövlətin, həm də vətəndaşın xeyrinədir. Dövlət bu sahədə üzərinə düşən vəzifənin dəyərini yaxşı bilir. Seçkilərin demokratik şəraitdə, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsini, qanunların aliliyini, bələdiyyələrin fəaliyyəti üçün lazımi imkan və şəraitin yaradılmasını, yerli özünüidarəetmə orqanlarında müəyyən islahatların keçirilməsini təmin edir.

Vətəndaş da bunun müqabilində öz üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməli, seçdiyi orqanın səmərəli fəaliyyət göstərməsi üçün ona kömək etməlidir. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın nüfuzunun artırılmasına məsuliyyət və inam oyatmadan yerli ozünüidarəetmə orqanlarını inkişaf etdirmək çətindir.

2014-cü il bələdiyyə seçkiləri ilidir. Seçki həm bələdiyyə institutunun fəaliyyətinə qiymət vermək, seçim etmək, həm də gələcək vəzifələri dəyərləndirmək, qüvvələri bir məqsəd uğrunda səfərbərliyə almaq baxımından əhəmiyyətlidir. Buna görə də hər bir seçici səs verdiyi insanı yaxşı tanımalı, qabiliyyətinə, savadına, təşkilatçılığına bələd olmalı, xalqa, vətənə sədaqətinə arxalandığı namizədə səs verməlidir. Düzgün seçim gələcək müvəffəqiyyətin əsasıdır.

Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq təcrübəyə və yerli reallıqlara əsaslanaraq formalaşma tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz  fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm də öz strukturlarını daim təkmilləşdirməlidirlər. Kiçik, maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı təcürbəsinə və bacarığa malik bələdiyyələrlə birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada bilər. Bələdiyyələrin birləşməsi inzibati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, kadr qıtlığının aradan qaldırılmasına və işə nəzarətin daha yaxı həyata keçirilməsinə imkan yaradar.

Digər tərəfdən, bələdiyyələrə öhdəsindən gələ biləcək əlavə səlahiyyətlərin verilməsi də vacibdir. Bu, kommunal xidmət, yaşıllaşdırma, təmizlik-abadlıq, suvarmasair sahələr ola bilər. Bələdiyyə büdcəsinin artırılmasından və formalaşdırılmasından ötrü vergidən yayınanlara qarşı, eləcə də mədən və əmlak vergilərinin, küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmil təsir mexanizminin yaradılması çox əhəmiyyətlidir. Bəzi bələdiyyələrə öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq doğuran haldır.

Azərbaycan bələdiyyələri öz fəaliyyətlərini Azərbaycan Respublikasının  Konstitusiyasının, mövcud qanunlarımızın, "Yerli özünüidarəetmə" haqqında  Avropa Xartiyasının tələblərinə uyğun qurmağa və ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə qadirdirlər. Yerli özünüidarəetmə orqanlarının gələcək səmərəli fəaliyyəti, əhali ilə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili, seçicilərin etimadının qazanılması bələdiyyələrin özündən çox asılıdır. Bunun üçün hər bir bələdiyyə üzvündən təşkilatçılıq bacarığı, işə doğma münasibət, operativlik və prinsipiallıq tələb olunur. Hesab edirik ki, bələdiyyələrimiz onlara yaradılan imkan və şəraiti düzgün qiymətləndirəcək, gələcəkdə də seçicilərin onlara göstərdiyi etimadı doğruldacaqlar.

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 13 iyun.- S.6.