Azərbaycanda turizmin imkanlarının gücləndirilməsinə həsr edilmiş Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

 

İyunun 12-də “Hyatt Regency Baku” mehmanxanasında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin imkanlarının gücləndirilməsi” Tvinninq layihəsinin müvəffəqiyyətlə başa çatması münasibətilə konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin Azərbaycan turizminə verdiyi dəyərli töhfələrdən söz açmışdır.

Bildirilmişdir ki, büdcəsi 900 min avro olan bu layihənin icrasına 2013-cü il fevralın 15-də başlanılmış və 17 ayadək bir müddətdə benefisiar qismində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlət qurumları - Avstriya Federal Satınalmalar Agentliyi (FPA) və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilmişdir. Layihənin uzadılmış son müddəti cari ilin iyunun 27-si müəyyən olunmuşdur.

Vurğulanmışdır ki, bu layihənin icrası Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə çoxsaylı dəyişikliklər gətirmişdir.

Tədbirdə baş verən dəyişikliklərdən və layihə əsasında hazırlanmış tövsiyələrin nəticəsi olaraq qəbul edilmiş əsas sənədlərdən söz açılmışdır.

 

Azərbaycan.-2014.- 13 iyun.- S.5.