Bakıda “İnnovasiya,
təhsilin keyfiyyəti və inkişaf”
mövzusunda III Beynəlxalq elmi
konfrans işə başlamışdır
İyunun
12-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) Azərbaycan,
Belarus, Böyük Britaniya, Özbəkistan və
Ukraynanın müvafiq ali məktəblərinin təşkilatçılığı
ilə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf”
mövzusunda III Beynəlxalq elmi konfrans işə
başlamışdır.
Əvvəlcə
konfrans iştirakçıları Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı
önünə əklil qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Sonra
Şəhidlər xiyabanına gələn konfrans
iştirakçıları ölkəmizin azadlığı
və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini
ehtiramla yad etmiş, məzarları önünə tər
güllər düzmüşlər.
Ayrı-ayrı
ölkələrin alim və mütəxəssislərinin,
ali məktəb rektorlarının iştirak etdikləri
konfransda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov
mövzunun əhəmiyyətindən
danışmışdır.
İyunun
13-də başa çatacaq konfransa alim və mütəxəssislərin
120-dən artıq məruzəsi daxil edilmişdir.
Azərbaycan.-2014.- 13 iyun.- S.9.