Böyük Britaniya və
Şimali İrlandiyanın
Kraliçası Ülyahəzrət II Elizabetə
Ülyahəzrət,
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının milli bayramı – Təvəllüd
gününüz münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı şəxsən
öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
Mən
Azərbaycan ilə Birləşmiş Krallıq arasında
mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq
əlaqələrini yüksək qiymətləndirirəm.
Ölkələrimizi birləşdirən dövlətlərarası
münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə
səmərəli əməkdaşlığımız
üçün möhkəm zəmin yaratmışdır.
İnanıram
ki, ölkələrimiz arasında davamlı siyasi təmasların,
səmərəli iqtisadi əməkdaşlığın və
çoxşaxəli mədəni mübadilələrin
möhkəmləndirilməsi, eləcə də bir sıra
sahələrdə müvəffəqiyyətlə davam edən
qarşılıqlı faydalı əməkdaşlığımızın
daha da genişləndirilməsi bundan sonra da
xalqlarımızın və ölkələrimizin mənafelərinə
xidmət edəcəkdir.
Belə
bir xoş gündə Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə
uğurlar, Birləşmiş Krallığın dost
xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 11 iyun 2014-cü il.
Azərbaycan.-2014.- 12 iyun.- S.1.