«Ana və
uşaqların sağlamlığının
yaxşılaşdırılmasına dair
2014-2020-ci illər üçün
Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2014-cü il
Azərbaycan.-2014.- 14 iyun.- S.1.