Ana və uşaqların
sağlamlığının
yaxşılaşdırılmasına
dair 2014-2020-ci illər
üçün dövlət proqramı
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il
13 iyun tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
1. Giriş
Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir.
Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilmişdir. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalmışdır. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2006-cı ildə 34,2 olmuşdursa, 2013-cü ildə bu rəqəm 14,5 təşkil etmişdir. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana müvafiq illərə görə 11,9-dan 10,8-ə enmişdir.
Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların ekspertlərinin rəylərinə əsasən bu sahədə görülmüş məqsədyönlü tədbirlərə və xidmətin göstəricilərinin yaxşılaşmasına baxmayaraq, respublikada diri və ölü doğulma hallarının mövcud meyarlarının beynəlxalq meyarlara uyğun olmamasına görə rəsmi statistik göstəricilər vəziyyətin real və obyektiv qiymətləndirilməsinə imkan vermir.
Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2. Dövlət Proqramının məqsədi və əsas vəzifələri
2.1. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.
2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
2.2.1. ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi;
2.2.2. regionallaşdırma prinsipi
əsasında perinatal
yardım islahatlarının
davam etdirilməsi;
2.2.3. doğuşayardım tibb
müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi;
2.2.4. uşaqlara, o cümlədən
yenidoğulmuşlara, körpələrə
göstərilən tibbi
xidmətin keyfiyyət
və səmərəliliyinin
yaxşılaşdırılması;
2.2.5. respublikada diridoğulmanın
beynəlxalq meyarlarının
tətbiq edilməsi;
2.2.6. əhali, xüsusilə
hamiləliyəqədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması
haqqında səhiyyə
maarifi işinin daha geniş surətdə aparılması
və qadınların
sağlamlığının mühafizəsi sahəsində
tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi.
3. Dövlət Proqramının
maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə
tutulan tədbirlər
müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət
büdcəsində aidiyyəti
icraçı orqanlar
üçün nəzərdə
tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
4. Dövlət Proqramının
həyata keçirilməsi üzrə
tədbirlər planı
Sıra
¹-si
Tədbirin
adı
İcraçı orqanlar
İcra
müddəti
(illər
üzrə)
1
2
3
4
4.1. Perinatal yardımın səviyyələri üzrə
tibbi xidmətin yaxşılaşdırılması
4.1.1.
Respublikanın şəhər və
rayonlarında doğuşayardım
xidməti göstərən
aşağıdakı tibb
müəssisələrinin təmiri və tibbi
avadanlıqlarla təchiz
edilməsi:
Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutu;
Mingəçevir Şəhər
Rayonlararası
Doğum Evi; Salyan Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya
şöbəsi; Masallı
Rayon Mərkəzi Xəstəxanasının
mamalıq-ginekologiya şöbəsi;
Goranboy Rayon Mərkəzi
Xəstəxanasının mamalıq-ginekologiya
şöbəsi; Zərdab
Rayon Mərkəzi Xəstəxanasının
mamalıq-ginekologiya şöbəsi;
Qəbələ Rayon Mərkəzi
Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi
Səhiyyə Nazirliyi
2014-2018
4.1.2.
Yenidoğulmuşlara, xüsusən azçəkili
Səhiyyə Nazirliyi
2014-2020
körpələrə reanimasiya
yardımının göstərilməsi
üçün doğuşayardım
müəssisələrinin zəruri tibbi avadanlıqlarla, dərman və tibbi ləvazimatlarla təchiz olunması işinin təkmilləşdirilməsi
4.1.3.
Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunda,
akademik M.Ə.Mirqasımov
adına Respublika
Klinik Xəstəxanasında, respublika
və regional perinatal mərkəzlərində səyyar
konsultativ xidmətin təşkili və onların xüsusiləşdirilmiş
nəqliyyat vasitələri
ilə təmin edilməsi
Səhiyyə Nazirliyi
2014-2015
4.2. Antenatal yardım xidmətlərinin təkmilləşdirilməsi
4.2.1.
Antenatal yardım göstərən
tibb müəssisələri
şəbəkəsinin işinin təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi
2014
4.2.2.
Antenatal yardım göstərən
tibb müəssisələrinin
tibbi avadanlıq və cihazlarla təchizatının yaxşılaşdırılması
Səhiyyə Nazirliyi
2014-2015
4.3. Sağlamlıq imkanları
məhdud uşaqların
erkən aşkarlanması
və
onlara yardımın göstərilməsinin təşkil
edilməsi
4.3.1.
Sağlamlıq imkanları məhdud
uşaqların erkən
aşkarlanması və
onlara yardımın göstərilməsi üzrə
klinik protokolların
və metodik sənədlərin hazırlanması
Səhiyyə Nazirliyi
2014-2018
4.3.2.
Perinatal
diaqnostika üzrə klinik protokolların hazırlanması və
antenatal yardım xidməti
göstərən tibb
müəssisələrinin işçiləri üçün
müvafiq təlimlərin keçirilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
4.3.3.
Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunda
anadangəlmə patologiyaların
profilaktikası məqsədi
ilə preimplantasion və tibbi-genetik müayinələrin təşkil
edilməsi
Səhiyyə Nazirliyi
2014-2015
4.3.4.
Yenidoğulmuşlar arasında inkişaf qüsurlarının
erkən aşkarlanması
məqsədi ilə
neonatal müayinənin (skrininqlərin)
aparılması
Səhiyyə Nazirliyi
mütəmadi
4.4. Ana və uşaqların sağlamlığının qorunması
sahəsində
kadr hazırlığının
təkmilləşdirilməsi
4.4.1.
Ana və uşaqların sağlamlığının qorunması
sahəsində çalışan
həkim və orta tibb işçilərinin
davamlı tibbi təhsilinin (təlimlərin
və klinik təcrübələrin) həyata
keçirilməsi
Səhiyyə Nazirliyi
2014-2020
4.4.2.
Ana və uşaqların sağlamlığının qorunması
sahəsində xidmət
göstərən tibb
işçilərinin xarici ölkələrdə müasir
texnologiyalarla işləmək
vərdişlərinin təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi
2014-2020
4.4.3.
Uşaqların qidalandırılmasına aid yeni təlimatın
hazırlanması və
tibb işçiləri
üçün müvafiq
təlimlərin keçirilməsi
Səhiyyə Nazirliyi
2014-2015
4.5. Diridoğulmanın beynəlxalq
meyarlarının ölkə
üzrə tətbiq edilməsi
4.5.1.
Diridoğulmanın beynəlxalq
meyarlarına keçidlə
əlaqədar tənzimləyici
normativ hüquqi aktların hazırlanması
Səhiyyə Nazirliyi, Dövlət
Statistika Komitəsi
2014-2015
4.5.2.
Səhiyyə sahəsində rəsmi
statistika hesabatlarının
və tibbi qeydiyyat formalarının diridoğulmanın beynəlxalq
meyarlarına uyğunlaşdırılması
Səhiyyə Nazirliyi, Dövlət
Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2014-2015
4.5.3.
Diridoğulmanın beynəlxalq meyarlarına
keçidlə əlaqədar
klinik protokolların və müvafiq təlimatların hazırlanması
Səhiyyə Nazirliyi
2014-2015
4.5.4.
Tibbi təhsil sahəsində tədris
proqramlarının diridoğulmanın
beynəlxalq meyarlarına
uyğun olaraq təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi,
Təhsil
Nazirliyi
2014-2015
4.5.5.
Diridoğulmanın beynəlxalq meyarlarına
keçidlə əlaqədar
ictimai maarifləndirmə
işinin həyata
keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2014-2016
4.6. Ana və uşaqların sağlamlığının qorunması
sahəsində monitorinq sisteminin yaradılması
4.6.1.
Hamilə
qadınların vahid elektron registrinin yaradılması
Səhiyyə Nazirliyi
2014-2015
4.6.2.
Reproduktiv
sağlamlıq xidmətinin
vahid elektron sisteminin yaradılması
Səhiyyə Nazirliyi
2014-2015
4.6.3.
Doğuşayardım tibb müəssisələrində göstərilən tibbi
xidmətlərin keyfiyyətinin
davamlı monitorinq və qiymətləndirmə
sisteminin yaradılması
və həyata keçirilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
4.6.4.
Uşaqlar arasında xəstələnmə
hallarının azaldılması,
xəstəliklərin erkən
aşkar edilməsi, onların sağlamlığının
yaxşılaşdırılması məqsədi
ilə dispanserizasiyanın
həyata keçirilməsinə
dövlət nəzarətinin
təmin edilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
4.6.5.
Dövlət Proqramının icrasına
dair monitorinqlərin keçirilməsi və icmal hesabatlarının hazırlanması
Səhiyyə Nazirliyi
mütəmadi
4.7. Ana və uşaq sağlamlığının qorunması
sahəsində
ictimai maarifləndirmənin həyata keçirilməsi
4.7.1.
Reproduktiv
sağlamlıq, o cümlədən
abortların qadınların
reproduktiv sağlamlığına
mənfi təsiri barədə maarifləndirmə
işinin həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
mütəmadi
4.7.2.
Uşaqların ana südü ilə qidalandırılması
barədə ictimai maarifləndirmə işinin
həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2014-2020
5. Dövlət Proqramının həyata
keçirilməsindən gözlənilən
nəticələr
5.1. Dövlət
Proqramının həyata
keçirilməsindən gözlənilən nəticələr
aşağıdakılardır:
5.1.1. ana və uşaqların sağlamlığının
qorunması sahəsində
tibbi xidmətlərin
keyfiyyətinin
yüksəldilməsi;
5.1.2. diridoğulmanın
beynəlxalq meyarlarının
tətbiq edilməsi;
5.1.3. kadr
hazırlığının gücləndirilməsi.
Azərbaycan.-2014.- 14 iyun.- S.2.