Mundialın açılışı
möhtəşəm şou ilə yadda qaldı
Braziliyada futbol üzrə XX dünya çempionatının ilk matçı başlamazdan əvvəl San-Paulu şəhərindəki "Arena Korintians" stadionunda təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə 600-dən çox artist iştirak edirdi. Onlar parlaq ifaları
ilə Braziliyanın qədim zamanlardan tutmuş bugünkü günədək tarix və mədəniyyətini
canlandırdılar.
Mundialın rəsmi mahnısını
- "We Are One" ("Biz birik") kompozisiyasını Cennifer
Lopes, Pitbul və Klaudia Leytte ifa etdilər.
Son məqamda mərasimin
proqramında dəyişiklik
edilmişdi. Braziliya Prezidenti Dilma
Rusef və FİFA-nın rəhbəri Yozef Blatter çıxışdan
imtina etdilər.
Görünür, onlar
ötən il
Konfederasiyalar Kubokunun açılışında baş
vermiş hadisənin təkrarlanmasından ehtiyatlanırdılar:
o vaxt tamaşaçılar
dövlət başçısının
və beynəlxalq futbol təşkilatının
prezidentinin çıxışına
mane olmuş, onları
fitə basmışdılar.
Bu dəfə Rusef və Blatter
meydana belə, çıxmadılar, tribunadan
havaya göyərçin
buraxmaqla kifayətləndilər.
Azərbaycan.-2014.-
12 iyun.- S.6.