Bakıda radiasion onkologiyanın müasir

 vəziyyətinə dair beynəlxalq konfrans keçirilir

 

İyunun 13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində "Radiasion onkologiyanın müasir vəziyyəti və  perspektivləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransın işində Azərbaycan həkimləri ilə yanaşı, ABŞ, Türkiyə, Belçika, Macarıstan və  bir çox ölkələrin onkologiya üzrə tanınmış mütəxəssisləri də iştirak edirlər.

Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev konfransda radiasion onkologiyanın müasir vəziyyətinə və  perspektivlərinə, eləcə də  xərçəngin müalicəsində tətbiq edilən müasir metodlara dair məruzələrin dinləniləcəyini və təcrübə mübadiləsi aparılacağını bildirmişdir. Qeyd edilmişdir ki, radiasion onkologiyanın son illərdə inkişafının əsas səbəblərindən biri texniki vasitələrin təkmilləşdirilməsi, şüa müalicəsi aparan yeni aparatların yaradılmasıdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda səhiyyənin digər sahələri kimi, onkologiya da sürətlə inkişaf edir. Ölkəmizdə onkoloji xəstəliklərin sayı getdikcə azalır. Son illərdə ölkəmizdə 500-dən artıq  səhiyyə ocağı bərpa olunmuş, yenidən tikilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir. Milli Onkologiya Mərkəzinin yeni cərrahiyyə korpusunda xəstələrə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda  bədxassəli şişlərdən əziyyət çəkən vətəndaşların pulsuz olaraq ixtisaslaşdırılmış tibbisosial yardım almaları üçün tam hüquqi zəmin yaradılmışdır.

Akademik Cəmil Əliyev konfransın işinə uğurlar arzulamışdır.

Sonra konfrans Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsinin müdiri professor İsa İsayevin sədrliyi ilə davam etmişdir. İsa İsayev Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığını və bu inkişafın akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, hazırda Milli Onkologiya Mərkəzində bədxassəli şişlərdə müasir radioterapiyanın aparılması üçün bütün şərait vardır. Eyni zamanda, Naxçıvanda və Gəncədə də şüa müalicəsi aparatları mövcuddur.

Tədbirdə Azərbaycan Milli Onkologiya Mərkəzinin dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən də danışılmışdır.

Konfransda N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin professoru Adolf Vaynsonun "Klinik radiobiologiyaradiasion onkologiya - inkişaf tendensiyaları" mövzusunda məruzəsi dinlənilmişdir. Çikaqo Universitetinin Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşı Bülənd Aydoğan isə radiasion onkologiyada tibbi fizikanın roluna dair məruzə etmişdir.  Belçikalı alimlər Steven CuypersOrfit İndustries isə şüa terapiyası üçün yeni immobilizasiya avadanlıqları barədə məruzələrlə çıxış etmişlər. Türkiyənin İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin professoru Çətin Önsəlin "Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan metodlar - onların effektivliyiinkişaf perspektivləri" mövzusunda məruzəsi də maraqla qarşılanmışdır.

İyunun 14-də isə "Baş-boyun şişlərinin braxiterapiyası" və "Azərbaycanda şüa terapiyası - müasir vəziyyəti və inkişaf perspektivləri" mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

 

Azərbaycan.-2014.- 14 iyun.- S.7.