Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa
Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək
görüşü olmuşdur
İyunun
14-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və ölkəmizdə səfərdə olan
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək
görüşü olmuşdur.
Dövlətimizin
başçısı Avropa Komissiyasının sədrini
qarşıladı.
Prezident
İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdirdilər.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa
Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək
görüşü oldu.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi,
iqtisadi sahələrdə əlaqələrin uğurla
inkişaf etdiyi vurğulandı. Energetika sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu bildirildi. Joze Manuel Barrozunun
respublikamıza səfərinin Azərbaycan-Avropa
İttifaqı münasibətləri baxımından önəmi
qeyd edildi.
Görüşdə
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin
hazırkı vəziyyəti və perspektivləri barədə
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 15 iyun.- S.1.