Azərbaycan ilə Avropa
İttifaqı arasında sənəd imzalanmışdır
İyunun
14-də geniş tərkibdə görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun
iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa
İttifaqı arasında Azərbaycan Respublikasının
İttifaqın proqramlarında iştirakının ümumi
prinsipləri haqqında çərçivə sazişi
üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən
Avropa Birliyi və onun üzvü olan dövlətlər
arasında tərəfdaşlıq və əməkdaşlıq
Sazişinin Protokolu imzalanmışdır.
Sənədi
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri xanım Malena Mard, Avropa İttifaqı
Şurasına hazırda sədrlik edən Yunanıstan
adından bu ölkənin Azərbaycandakı səfiri
Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı
yanında daimi nümayəndəliyinin rəhbəri Fuad
İsgəndərov imzaladılar.
Azərbaycan.-2014.- 15 iyun.- S.1.