Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Dağüstü Parkda olmuşlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Dağüstü Parkda olmuşlar.

Aparılan yenidənqurma işləri nəticəsində Dağüstü Park paytaxt sakinləri və şəhərimizin qonaqları üçün ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir. Buradan paytaxtımıza və Bakı buxtasına gözəl mənzərə açılır.

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu şəhərin mənzərəsini seyr etdilər.

Sonra Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozunu çay süfrəsinə dəvət etdi.

 

AzərTAc

Azərbaycan.-2014.- 15 iyun.- S.3.