Azərbaycan Prezidenti İlham Əliyev Afinada

 naməlum əsgərin məzarını ziyarət etmişdir

 

Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.

Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirildi.

 

Azərbaycan.-2014.- 18 iyun.- S.1.