Geniş tərkibdə
görüş
Azərbaycan
Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri
İyunun
16-da təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Yunanıstan
Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Yunanıstan
Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi
bir daha ölkəsində salamladı və bu səfərin
ikitərəfli əməkdaşlığın
inkişafında xüsusi əhəmiyyət
daşıdığını bildirdi.
Prezident
Karolos PAPULYAS dedi:
-
Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi
çox yüksəkdir. Hesab edirəm ki, gələcək
üçün hər bir sahədə çox yaxşı
perspektivlər vardır. Mən bu sahələr arasında
enerji sahəsini xüsusi qeyd etmək istəyirəm.
X X X
Prezident
İlham ƏLİYEV dedi:
- Çox sağ
olun, cənab Prezident. Dəvətə və bizə
göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdaram. Yenidən Sizin
ölkənizdə olmağımdan
çox məmnunam.
Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.
Azərbaycan.-2014.- 18 iyun.- S.2.