Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın
Baş naziri Antonis Samaras ilə görüşü
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət
səfəri
Iyunun
16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis
Samaras ilə görüşü olmuşdur.
Baş nazir Antonis Samaras Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında
müxtəlif sahələrdə
ikitərəfli əlaqələrin
uğurlu inkişafından
məmnunluq ifadə olundu. İqtisadi sahədə, o cümlədən
energetika, nəqliyyat,
kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı perspektivlərin
olduğu vurğulandı.
İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı
əməkdaşlığı çərçivəsində önəmi qeyd edildi.
X X X
Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən
Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi
nahar verildi.
Azərbaycan.-2014.-
18 iyun.- S.3.