Azərbaycan Prezidenti İlham Əliyevin

 Yunanıstana dövlət səfəri başa çatmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Yunanıstana dövlət səfəri başa çatmışdır.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

 

AzərTAc

Azərbaycan.-2014.- 18 iyun.- S.5.