Oğuzun turizm potensialı
artır
Böyük Qafqazın ətəklərində
yerləşən Oğuz
Azərbaycanın zəngin
təbiətə malik
bölgələrindəndir. Rayonumuzun dağ
və dağətəyi
meşəlikləri, buz
bulaqları, coşqun
çayları, şəlalələri
gələn qonaqların
gözünü-könlünü oxşayır.
Qədim memarlıq abidələrinə,
təbiətinə, flora və
faunasına, insanlarının
qonaqpərvərliyinə, milli
mətbəxinə, çeşidli
şirniyyat növlərinə,
ekoloji cəhətdən
təmiz havasına görə də Oğuz istər yerli, istər əcnəbi turistləri valeh edir.
Onu da qeyd edək ki, rayonumuzun siması son illər tanınmaz dərəcədə
dəyişib. Oğuz şəhərində yeni parklar, xiyabanlar
salınıb, yollar asfaltlaşdırılıb, sosial
obyektlər və yaraşıqlı evlər
tikilib. Bunlarla yanaşı, son illər bir sıra turizm obyektləri də inşa edilərək istifadəyə verilib.
2008-ci ildən fəaliyyət göstərən
"AFRA" hoteli bu sahənin inkişafına
xeyli təkan verib. 65 yerlik
hoteldə qonaq və turistlər üçün hər cür şərait yaradılıb.
Baş Daşağıl kəndindəki
"Saf təbiət",
Xaçmaz kəndindəki
"Təpə yeri",
şəhərin şimalında
yerləşən "Oğuz
turizm" istirahət
mərkəzlərində hər
il yüzlərlə turist dincəlir. Hazırda Oğuzda 14 ailəvi istirahət mərkəzi fəaliyyət göstərir.
"Palma", "Oğuz eli", "Qaynama",
"Farel", "Gözəllik"
ailəvi istirahət mərkəzlərində rayonumuzun
qonaqlarına və turistlərə nümunəvi
xidmət göstərilir.
Bir neçə yeni hotel və ailəvi istirahət mərkəzi də inşa edilməkdədir. Müqayisə
üçün qeyd edək ki, 2012-ci ildə rayona 4300 turist gəlmişdisə,
2013-cü ildə bu rəqəm 12000 nəfər
olub. Şübhəsiz, turizmin inkişaf
etdirilməsində tarix
və mədəniyyət
abidələrinin, tarixi
yerlərin əhəmiyyəti
böyükdür. Bu baxımdan Oğuzun qədim və zəngin tarixi var. Rayonumuzun müxtəlif ərazilərində
yerləşən qədim
abidələr tarixin bütün dövrlərindən
soraq verir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust
2001-ci il tarixli 132 saylı qərarı ilə 32 tarix və mədəniyyət
abidəsi dövlət
mühafizəsinə götürülüb.
Bu abidələrdən qədim Alban məbədləri,
Muxas qülləsi, Gavur qala, Kərimli
türbəsi, Surxayxan
qalası, məscidlər
turistlərdə daha çox maraq doğurur. Şöbəmiz tərəfindən 5 yeni abidə haqqında məlumatlar hazırlanaraq Mədəniyyət
və Turizm Nazirliyinə göndərilib.
Bu abidələrdən son tunc erkən dəmir dövrünə
aid edilən Kərimli
kurqanları rayonumuzun
qədimliyini sübut
edir. Aparılan təmir və
bərpa işləri
sona çatdırıldıqdan
sonra bu kurqanlar da turistlərin
üzünə açılacaq.
Rayon tarix-diyarşünaslıq muzeyi vaxtaşırı olaraq "Oğuzun tarixini öyrənək"
devizi altında tarix və mədəniyyət
abidələrinə ekskursiyalar
təşkil edir.
Muzey tərəfindən
turizmin inkişaf etdirilməsi və təbliği sahəsində
xeyli işlər görülüb. "Oğuza
xoş gəlimişsiniz",
"Oğuz əcdadlarımızın
nəsillərə əmanəti
- Oğuz abidələri",
"Cənnətməkan diyar
Oğuz" adlı
3000-dən artıq buklet
çap olunaraq rayonun qonaqlarına və turistlərə paylanıb. Oğuzun təbiət gözəlliklərini,
tarixi abidələrini
əks etdirən bannerlər hazırlanaraq yol kənarlarına vurulub. Rayonumuzun turizm potensialı, milli mətbəxi, sənətkarların əl
işləri 2012-ci ilin
mart ayında Moskva
şəhərində keçirilmiş
ümumdünya turizm və səyahətlər
sərgisində, 2013 və
2014-cü ilin aprel ayında Bakı şəhərində təşkil
olunmuş beynəlxalq
turizm və səyahətlər sərgisində nümayiş etdirilib. Hər il Oğuzun
turizm potensialı, tarix və mədəniyyət
abidələri, milli adət-ənənələrimiz və mətbəximiz haqqında verilişlər
hazırlanır və
müxtəlif televiziya
kanallarında nümayiş
olunur. Turizmin təbliği məqsədilə
rayonda ilk dəfə
2013-cü ilin sentyabr ayının 27-də dünya
turizm günü münasibəti ilə tədbir keçirilib.
Oğuzun mədəniyyət evlərində
və klublarında turizmi təbliğ etmək üçün sənətkarların əl
işlərindən ibarət
sərgilər, tarixi abidələrimizi əks etdirən fotostendlər təşkil edilir. Rayon mədəniyyət
evində yaradılmış
"Xalçakəsdi" folklor, "Bayram" zurnaçılar kollektivi,
Filfilli, Baş Daşağıl, Bucaq və Kərimli kənd klublarında folklor rəqs qrupları fəaliyyət
göstərir.
Rayonun çövkan komandası
hər il
respublika Atçılıq
Turizm Mərkəzində
təşkil edilən
milli atüstü oyunlar festivalında uğurla çıxış
edir. Milli kulinariyamızın təbliği məqsədilə
Qəbələ şəhərində
ilk dəfə keçirilmiş
mürəbbə festivalında
rayonumuzun nümayəndələri
üçüncü yerə
layiq görülüb.
Bir sözlə, dövlətin
qayğısı sayəsində
aparılan geniş tikinti-quruculuq və abadlıq işləri Oğuzu gözəl bir turizm məkanına
çevirib.
Ulduz BAXIŞOVA,
Oğuz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Azərbaycan.-2014.- 18 iyun.- S.13.