Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilir

 

 

İyunun 17-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası başlamışdır.

AzərTAc xəbər verir ki, iki gün davam edəcək iclasda Komitəyə üzv ölkələrin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, LiviyaMalayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyitabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edirlər.

Tədbir başlanmamışdan əvvəl “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

İclası giriş sözü ilə açan Rəhbər Komitənin sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin İƏT Katibliyininüzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına dayanıqlı və sistemli münasibətinin təzahürü olduğunu qeyd etmişdir. S.Müslümov bildirmişdir ki, iclasın məqsədi çərçivə sənədinin icrasının qiymətləndirilməsi, İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi, eləcə də ortaq maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparmaqdır. Nazir qeyd etmişdir ki, çərçivə sənədinin əhatə etdiyi məsələləri, o cümlədən məşğulluğun səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması və əmək məhsuldarlığının artırılmasını İƏT-ə üzv dövlətlər üçün ortaq maraq kəsb edən məsələlər hesab etmək olar.

S.Müslümov son illərin qlobal iqtisadi-maliyyə böhranının İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşmədiyini, bir sıra dövlətlərdə çoxsaylı yerlərinin bağlanmasına səbəb olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır. Məsələn, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12,6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15,6 faiz olmuşdur.

Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin ölkənin dinamik sosial-iqtisadi tərəqqisini stimullaşdıran uğurlu siyasəti qeyri-neft sektorunun və regionların inkişafı şəraitində yeni yerlərinin açılması, səmərəli məşğulluğun təminatı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işsizliyinyoxsulluğun azaldılması sahələrində də mühüm nailiyyətlərə səbəb olmuşdur. Son 10 ildə ölkəmizin ümumi daxili məhsulu 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 dəfə artmış, iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil etmiş, strateji valyuta ehtiyatları 50 milyard dolları ötmüşdür. Habelə 1 milyon 200 mindən çox yeni yeri yaradılmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5,3 faizə enmiş, əhalinin gəlirləri 6,5 dəfə çoxalmışdır. Qazanılan iqtisadi uğurlara nüfuzlu beynəlxalq institutlarreytinq təşkilatları tərəfindən də yüksək qiymət verilir. Bunun daha bir ifadəsi kimi, 2013-cü ildə “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan MDB ölkələri arasında birinci yerdə olmuşbu hesabatda ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir.

Bununla belə, Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmizin iqtisadi-sosial inkişafında böyük maneə olduğunu vurğulayan S.Müslümov bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəymiş, minlərlə infrastruktur obyekti dağıdılmış, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalmışdır. S.Müslümov demişdir: “Biz məmnunuq ki, İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər dəfələrlə Ermənistanın işğalçı siyasətinə qarşı sərt bəyanatlar səsləndirmiş və birmənalı mövqe nümayiş etdirmişlər”.

S.Müslümov Azərbaycanın İƏT çərçivəsində, digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafına səy göstərdiyini bildirmişdir.

Təşəbbüsün konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirildiyini qeyd edən S.Müslümov bildirmişdir ki, həmin konfransın Yekun Bəyannaməsində İƏT Katibliyinə Əmək Mərkəzinin yaradılması ilə bağlı müvafiq araşdırmaların aparılması tapşırılmışdır.

Nazir demişdir ki, artıq İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı Konsepsiya Sənədi və Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanmış və baxılması üçün üzv dövlətlərə təqdim edilmişdir. Diqqətə çatdırılmışdır ki, belə bir Mərkəzin yaradılması üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə məsələlərinin inkişafı sahəsində regional əməkdaşlığı gücləndirəcək, eləcə də üzv dövlətlər arasında qabaqcıl innovativsosial inteqrasiya təcrübələri və beynəlxalq standartların mübadiləsini sürətləndirəcəkdir. S.Müslümov İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirmiş və iclasın işinə uğurlar arzulamışdır.

İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi, səfir Hameed Opeloyeru bu tədbirin İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə kimi aktual bir sahədə də əməkdaşlığın güclənməsinin bariz ifadəsi olduğunu vurğulamışdır. H.Opeloyeru bu əməkdaşlığın İƏT-ə üzv ölkələrin müvafiq fəaliyyət sahələrində inkişaf meyillərinə dəstək rolu oynayacağına və iclasın öz qarşısında duran məsələləri uğurla yerinə yetirəcəyinə əminliyini bildirmişdir.

Daha sonra iclasın gündəliyi və proqramı qəbul edilmişdir.

İclasın işçi sessiyasında Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan çərçivə sənədinin icrası məqsədi ilə hazırlanmış Fəaliyyət Planının müzakirəsinə başlanılmışdır.

İclas çərçivəsində Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair müzakirələr də aparılacaq, İƏT-in əmək nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabatİcra Proqramının layihəsi nəzərdən keçirilərək qəbul olunacaqdır.

Qeyd edək ki, İƏT-in əmək nazirlərinin ötən il Azərbaycanda keçirilmiş ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə çərçivə sənədi təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini əhatə edir. Sənədin icrası işlərinin əlaqələndirilməsi məqsədi ilə yaradılmış Rəhbər Komitəyə Azərbaycan da daxil olmaqla İƏT-in üzvü olan 9 ölkə daxildir. İƏT-in əmək nazirlərinin gələn il keçiriləcək növbəti konfransına qədər Rəhbər Komitəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.

İclas iyunun 18-də işini davam etdirəcəkdir.

 

Azərbaycan.-2014.- 18 iyun.- S.11.