Prezident İlham Əliyev Avropa Şurası YerliRegional

 Hakimiyyətlər Konqresinin prezidentini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staanı qəbul etmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staa paytaxtımızda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı təkcə paytaxtda deyil, respublikanın ayrı-ayrı regionlarında sürətli inkişafın getdiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının qəbul olunduğunu və uğurla icra edildiyini dedi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafı, ölkəmizin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.1.