Bakıda “Yerli demokratiya və gənclər”

 mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclası keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həmin iclasda iştirak etmək üçün Konqresin rəhbərliyinin, o cümlədən prezidentinin, Büro üzvlərinin, eləcə də yerli özünüidarəetmə sahəsində müxtəlif dövlətlərin məsul şəxslərinin və nüfuzlu ekspertlərinin ölkəmizə səfəri nəzərə alınaraq Azərbaycanın sədrliyi çərçivəsində iyunun 18-də “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir. Tədbir Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın regional qanunverici və yerliözünüidarə orqanlarının rəhbərləri və yüksək ixtisaslı mütəxəssisləri, Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin, Prezident Administrasiyasının, müxtəlif dövlət orqanlarının məsul şəxsləri, bələdiyyə assosiasiyalarının sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə milli insan hüquqları gününə təsadüf edən belə mötəbər konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir. Nazir müavini təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönələn qanunvericilikinstitusional tədbirləri qeyd etmiş, demokratik cəmiyyətin inkişafında, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı, onların potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli şəraitin yaradıldığını bildirmişdir.

V.Zahirov Konqres ilə səmərəli əməkdaşlığı vurğulayaraq yerli özünüidarəetmənin inkişafı, gənclərin demokratiyaya cəlb olunması sahəsində mütərəqqi təcrübənin öyrənilməsində konfransın əhəmiyyətini qeyd etmişdir.

Konqresin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu vurğulamış, yerli demokratiyanın gücləndirilməsində onların rolunun artırılmasının vacibliyini önə çəkmiş, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır.

Açılışda, həmçinin Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyası regionalyerli özünüidarəetmə orqanları ilə şöbəsinin bələdiyyələrlə sektorunun müdiri Kamran Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova çıxışlar etmişlər.

Sonra konfransdaFundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim-məşğulluq-səhiyyə-yaşayış” və “İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması” mövzularında müzakirələr aparılmışdır.

Müxtəlif dövlətlərdən olan ekspertlər, ölkəmizin gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri çıxışlarında yerli özünüidarəetmənin təşkili və fəaliyyəti, gənclərin bu sahədə iştirakı ilə bağlı milli təcrübələr barədə məlumatlar vermiş, faydalı fikir mübadiləsi aparmışlar.

Tədbirdə gənclərin ictimai həyatda, yerliregional səviyyələrdə iştirakı və s. məsələlərlə bağlı beynəlxalq sənədlərə və şərhlərə dair broşürlər iştirakçılara təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.3.