Bakıda Avropa YerliRegional Hakimiyyətlər

 Konqresinin Büro iclası keçirilmişdir

 

 

Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulmuş, birgə fəaliyyət sahəsində mütərəqqi islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə edilmişdir. Cari ilin mayında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir.

Sədrlik çərçivəsində Avropa Şurasının mühüm struktur qurumlarından olan, üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə, yaxşı təcrübələrin öyrənilməsinə və tətbiqinə səmərəli töhfələr verən Avropa YerliRegional Hakimiyyətlər Konqresinin rəhbər orqanının - Büronun iclasının Bakıda keçirilməsi qərara alınmışdır.

Tədbirdə iştirak etmək üçün Konqresin rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Herviq Van StaaBüro üzvləri Azərbaycana səfərə gəlmişlər.

Səfər zamanı qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyunun 17-də “JW Abşeron Marriott” otelində Konqresin Büro iclasının təntənəli açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, Konqresin prezidenti Herviq Van Staa, Milli Məclisin sədr müavini Bahar Muradova, Prezident Administrasiyasının qanunvericilikhüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, ölkəmizin Konqresdəki nümayəndə heyətinin üzvləri, bələdiyyə assosiasiyalarının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçiləri, bələdiyyə sədrləri iştirak etmişlər.

Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Avropa YerliRegional Hakimiyyətlər Konqresi ilə yerli özünüidarəetmə sahəsində səmərəli əməkdaşlığını vurğulayaraq Konqresin 20 illik yubileyinin qeyd olunduğu tarixi bir məqamda Büro iclasının Bakıda keçirilməsini əlamətdar hal kimi dəyərləndirmişdir.

Ölkəmizdə tədbir ərəfəsində Milli Qurtuluş Gününün qeyd olunduğunu diqqətə çatdıran nazir ulu öndər Heydər Əliyev tərəfindən yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulamışdır. Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilikinstitusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşdiyini, yerli əhəmiyyətli məsələlərin həllində onların rolunun artdığını, bələdiyyə assosiasiyalarının yaradıldığını bildirmiş, həyata keçirilən tədbirlərdə Konqresin fəal dəstəyini qeyd etmişdir.

Konqresin prezidenti Herviq Van Staa çıxış edərək səmimi qonaqpərvərliyə və Büro iclasının yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə etmişdir. O, sədrliyimiz dövründə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının qəbul olunmasını yüksək qiymətləndirmiş, bələdiyyə assosiasiyalarının rolundan, yerli özünüidarəetmə sahəsində səmərəli təcrübə mübadiləsinin aparılmasından, habelə korrupsiya ilə mübarizənin əhəmiyyətindən danışmış, Konqresin Azərbaycan ilə məhsuldar əməkdaşlığının bundan sonra davam etdiriləcəyini bildirmişdir.

Açılışda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev və digərləri Azərbaycan və Avropa Şurası ilə səmərəli əməkdaşlıqda həyata keçirilən tədbirlərdən, o cümlədən bələdiyyələrin yaradılmasından, onların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsindən, yerli əhəmiyyətli məsələlərin həllində rolundan, bələdiyyə assosiasiyalarının səmərəli fəaliyyətindən danışmış, Büro iclasının əhəmiyyətini qeyd etmişlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altındakı ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra Büro gündəlikdə duran məsələlər üzrə işini davam etdirmişdir.

Tədbir çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun və Konqresin prezidenti Herviq Van Staanın görüşü olmuşdur.

Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir Konqresin Bakıda keçirilən Büro iclasının ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulamış, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən ən gənc təsisat olan bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məlumat vermişdir. Nazir Konqreslə qarşılıqlı fəaliyyətin əhəmiyyətini, həyata keçirilən tədbirlərdə qurumun töhfəsini qeyd etmişdir.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən cənab H.Van Staa respublikamızda gedən müsbət dəyişikliklərdən və qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini təqdir etmişdir. O, insan hüquqlarının müdafiəsində mühüm rol oynayan yerli demokratiyanın inkişafını qeyd etmiş, bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə böyük diqqət yetirən Konqresin bundan sonra da Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulamışdır.

Konqres prezidenti, həmçinin Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Sumqayıt bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri Əbülfəz Babayev ilə görüşmüşdür.

Həmin gün qonaqlar Heydər Əliyev Mərkəzi, Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olmuşlar.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.3.