Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin böyük potensialından səmərəli istifadənin zəruriliyi vurğulanmışdır

 

Azərbaycan yazıçılarının XII qurultayında və Azərbaycan Yazıçılar Birliyinin yaradılmasının 80 illik yubileyi tədbirində iştirak etmək üçün ölkəmizə gəlmiş Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Əbülfəs Qarayev ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə etdiyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, mədəni əlaqələrin böyük potensialından səmərəli istifadənin zəruriliyi vurğulanmışdır.

Sonda Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür etmişiki ölkə arasında müvafiq sahədə əməkdaşlığın genişləndiriləcəyinə əmin olduğunu bildirmişdir.

 

Azərbaycan.-2014.- 19 iyun.- S.4.