«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun tətbiqi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin 2-ci cümləsində, 5.7-ci maddəsində, 10.1-ci maddəsinin üçüncü cümləsində, 14.2-ci maddəsinin dördüncü cümləsində, 14.3-cü maddəsinin dördüncü cümləsində, 15.2-ci maddəsinin ikinci cümləsində, 16.1-1-ci maddəsində, 18.2-ci maddəsinin ikinci cümləsində, 19.1-ci maddəsinin dördüncü cümləsində və 20.6-cı maddəsində nəzərdə tutulmuş formaları və 10.4-cü maddəsində nəzərdə tutulmuş prosedur qaydalarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin ikinci cümləsində, 5.7-ci maddəsində, 10.1-ci maddəsinin üçüncü cümləsində, 10.4-cü maddəsində, 14.2-ci maddəsinin dördüncü cümləsində, 14.3-cü maddəsinin dördüncü cümləsində, 15.2-ci maddəsinin ikinci cümləsində, 16.1-1-ci maddəsində, 18.2-ci maddəsinin ikinci cümləsində, 19.1-ci maddəsinin dördüncü cümləsində və 20.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

4. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹8, maddə 621; 2005,  ¹2, maddə 64, ¹8, maddə 718; 2006, ¹7, maddə 590; 2007, ¹6, maddə 606; 2010, ¹4, maddə 287, ¹7, maddə 610; 2011, ¹11, maddə 998; 2013, ¹9, maddə 1052, ¹12, maddə 1509; 2014, ¹2, maddə 108; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 145 nömrəli Fərmanı) 4.2.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

"4.2.5.  5.4-cü maddəsinin ikinci cümləsində, 5.7-ci maddəsində, 6.3-cü maddəsinin ikinci cümləsində, 10.1-ci maddəsinin üçüncü cümləsində, 10.4-cü maddəsində, 12.2-ci maddəsində, 14.2-ci maddəsinin dördüncü cümləsində, 14.3-cü maddəsinin dördüncü cümləsində, 15.2-ci maddəsinin ikinci cümləsində, 16.1-1-ci maddəsində, 18.2-ci maddəsinin ikinci cümləsində, 19.1-ci maddəsinin dördüncü cümləsində və 20.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 13 iyun 2014-cü il

Azərbaycan.-2014.- 20 iyun.- S.2.