«Körpələr evlərinə, körpələr
evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi
uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi
haqqında» Azərbaycan Respublikası Qanununun
ləğv edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 882-IVQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹2, maddə 99) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il
Azərbaycan.-2014.- 20 iyun.- S.1.