«Beynəlxalq Valyuta Fondu haqqında Saziş»in maddələrinə fondun
İcra Şurasındakı islahatlara dair təklif olunan dəyişikliklər»in təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Beynəlxalq Valyuta Fondunun Rəhbərlər Şurasının 2010-cu il 15 dekabr tarixli 66-2 nömrəli Qətnaməsi ilə təsdiq edilmiş "Beynəlxalq Valyuta Fondu haqqında Saziş"in maddələrinə fondun İcra Şurasındakı islahatlara dair təklif olunan dəyişikliklər" təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2014-cü il
Azərbaycan.-2014.- 20 iyun.- S.2.