«Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında» Azərbaycan
Respublikasının
Qanununda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 5, maddə 376; 2011, ¹ 7, maddə 594) 81-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
"81.1. Bu qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.
81.2. Bu qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilir.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il
Azərbaycan.-2014.- 20 iyun.- S.3.