Aleksandr Lukaşenko:
Azərbaycan Belarusun
əməkdaşlığı
inkişaf etdirmək üçün prioritet
saydığı
dövlətlərdən biridir
Azərbaycan
Belarusun əməkdaşlığı inkişaf etdirmək
üçün prioritet saydığı dövlətlərdən
biridir.
AzərTAc
BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus dövlətinin
rəhbəri Aleksandr Lukaşenko bu sözləri bu gün Azərbaycanın
Baş naziri Artur Rasizadə ilə görüşdə
söyləmişdir.
A.Lukaşenkonun
fikrincə, Azərbaycan Belarusa yaxın ölkələrdən
biridir, bu iki dövlətin liderləri arasında ənənəvi
səmimi münasibətlər vardır. Belarus dövlətinin
başçısı demişdir: “Bizim bütün sahələrdə
əməkdaşlığımız uğurla inkişaf
edir. Müəyyən çətinliklərə və
problemlərə baxmayaraq (onlar həmişə olur) bizim əməkdaşlığımızda
qapalı mövzular yoxdur. Biz sizin üçün tam
açıq ölkəyik, elə mal çeşidi yoxdur ki,
biz onları sizə göndərə bilməyək və ya
siz onları bizdə sata bilməyəsiniz. Müştərək
müəssisələr yaradılması üçün
heç bir maneə yoxdur və biz Azərbaycanda bu işi
görürük”.
Aleksandr
Lukaşenko vurğulamışdır: “İstəyirəm
yadda saxlayasınız ki, Belarus sizə çox yaxın bir
ölkədir. Siz buraya sərmayə qoya bilərsiniz, biz sizi
həmişə dəstəkləyəcəyik. Azərbaycan
bizim üçün prioritet dövlətlərdən biridir.
Belarusda yaxşı xatırlayırıq ki, bizdə çox
çətin vəziyyət yarananda siz, sözün əsl mənasında,
bir neçə gün ərzində bizə dostcasına
kömək göstərdiniz. Biz sizin ən yaxın
dostlarınızıq və bütün problemlərinizin həllində
maraqlıyıq. Bu baxımdan, biz nə isə edə biləriksə,
siz bizə bel bağlaya bilərsiniz”.
Artur
Rasizadə öz növbəsində qeyd etmişdir ki, Azərbaycan
Belarusla münasibətləri çox yüksək qiymətləndirir,
onu özünə qardaş ölkə hesab edir. Azərbaycanın
Baş naziri müsahibini əmin edərək demişdir: “Biz
bu münasibətləri bütün istiqamətlər üzrə
– həm siyasətdə, həm iqtisadiyyatda, həm də
humanitar sahədə daha yüksək səviyyəyə
çatdırmaq üçün bundan sonra da nə
lazımdırsa, edəcəyik. Biz Belarusu hər cəhətdən
dəstəkləməyə həmişə hazırıq”.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi
müxbiri
Minsk
Azərbaycan.-2014.- 21 iyun.- S.1.