İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali

 Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin   I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən  Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi  səlahiyyətlərinin müddəti 2014-cü il iyunun 25-də bitən İnqilab Maşallah oğlu Nəsirov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 21 iyun.- S.2.