Z.Ş.Zərbəliyevin Gəncə Apelyasiya

 Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası  Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Zərbəli Şirinbala oğlu Zərbəliyev vəzifəsi dəyişdirilərək Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 21 iyun.- S.2.